Özbəkistanda yeni konstitusiya ilə bağlı referendumun tarixi açıqlanıb
Özbəkistan parlamenti yeni redaksiyada Konstitusiya haqqında qanunla bağlı referendumu aprelin 30-na təyin edib.
Agsaqqallar.com APA-ya istinadən xəbər verir ki, bu barədə qərar Özbəkistan Ali Məclisinin (parlament) bu gün keçirilən iclasının canlı yayımı zamanı səsləndirilib.
Qeyd edək ki, müvafiq qərar Milli Məclisin Qanunvericilik Palatası tərəfindən qəbul edilib.