Daşkənddə “Avropa İttifaqı – Mərkəzi Asiya” forumu öz işinə başlayıb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Avropa İttifaqı və Mərkəzi Asiya ölkələrinin 100-dən çox nümayəndəsinin iştirakı ilə Özbəkistanın paytaxtı Daşkənddə “Avropa İttifaqı – Mərkəzi Asiya” IV Vətəndaş Cəmiyyəti Forumu öz işinə başlayıb.

Bu barədə Özbəkistan KİV-i məlumat yayıbdır.

Bildirilir ki, forumun qlobal məqsədi Avropa İttifaqı və Mərkəzi Asiya ölkələri arasında regional əməkdaşlığın gücləndirilməsində vətəndaş cəmiyyətinin rolunu artırmaqdır.

“Tədbir həmçinin Aİ-nin “Qlobal Gateway” strategiyasının innovativ tamamlayıcısına diqqət yetirir və nəticələrə əsaslanır”, – deyə məlumatda vurğulanıb.

Qeyd olunub ki, forumun iştirakçıları arasında Aİ və Mərkəzi Asiya ölkələrindən vətəndaş cəmiyyətinin nümayəndələri, hökumət üzvləri, özəl sektor, tədqiqatçılar, o cümlədən media işçiləri də var.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR