Özbəkistanda Azərbaycan dili və əlifbası ilə bağlı seminar keçirilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Özbəkistanda Əlişir Nəvai adına Dövlət Dilinin Tədrisi və İnkişafı Mərkəzinin və Nazirlər Kabineti nəzdində Özbək Dilinin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə Azərbaycan Dillər Universiteti (ADU) Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İbrahimovun “Azərbaycan yazısı və əlifbasının tarixi” mövzusunda seminarı keçirilib.

Agsaqqallar.com AZƏRTAC-a isinadən xəbər verir ki, Dövlət Dilinin Tədrisi və İnkişafı Mərkəzinin direktoru İnamjan Əzimov tədbiri giriş sözü ilə açaraq dil siyasəti və mədəni əlaqələr sahəsində Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın intensivləşməsindən və bu istiqamətdə görülən işlərdən danışıb.

Sonra dosent E.İbrahimovun əlifbamızın tarixi və Azərbaycanda həyata keçirilən uğurlu dil siyasəti, bu siyasətin nəticəsində dil və əlifba ilə bağlı bir çox problemlərin vaxtında həll edilməsi barədə geniş mühazirəsi dinlənilib. Türk dünyasında əlifba dəyişikliklərinin ortaya çıxardığı problemləri şərh edən alim müstəqillik dövründə Azərbaycanda həyata keçirilən dil və əlifba siyasətinin digər müstəqil türk respublikaları üçün nümunə olduğunu vurğulayıb. O, müəllim və tələbələrin suallarını cavablandırıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR