Azərbaycanda keçirilmiş növbədənkənar seçkilər çoxpartiyalı sistemin daha da möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır
Azərbaycanda keçirilmiş növbədənkənar seçkilər çoxpartiyalı sistemin daha da möhkəmləndirilməsində, ölkədə aparılan sistemli islahatların davam etdirilməsində əhəmiyyətli rol oynayır.
2020-ci il fevral ayının 9-da Azərbaycanda müstəqillik tarixində ilk növbədənkənar parlament seçkiləri keçirilib. Bu Milli Məclisə VI çağırış seçkiləridir. Növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etmək idi
Prezident İlham Əliyev 10.03.2020-ci il tarixində VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxış edib. Çıxışında növbədənkənar parlament seçkilərini sistemli islahatların davamı olduğunu qeyd edən dövlətimizin başçısı bildirib ki, Fevralın 9-da keçirilmiş parlament seçkiləri ölkəmizin həyatında önəmli hadisə idi. Hər bir seçkilər önəmli hadisədir, bu seçkilərin xüsusiyyəti ondan ibarət idi ki, o, növbədənkənar seçkilər idi. Bu seçkilərin fevral ayında keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etməkdir.
Seçki prosesinin bütövlükdə uğurla keçdiyini, həm də onun nəticələrinin Azərbaycan xalqının iradəsini əks etdirdiyini vurğulayan İlham Əliyev “Azərbaycan xalqı bu seçkilərdən məmnun qalmışdır”, -deyə bildirmişdir.
Dövlətimizin başçısı çıxışında xüsusilə bildirmişdir ki, “Biz seçkiləri müşahidə etmək üçün bir çox beynəlxalq təşkilatları, müşahidəçiləri dəvət etmişdik və onların mütləq əksəriyyəti seçkilərin həm hazırlıq dövrünü, həm kampaniya dövrünü və həm də seçkilər gününü çox müsbət qiymətləndirmişdir. Demək olar ki, müşahidəçilərin mütləq əksəriyyəti seçkiləri demokratiyanın inkişafında növbəti uğurlu addım kimi qiymətləndirmişlər və bəyan etmişlər ki, Azərbaycan xalqı azad şəkildə öz seçki hüququndan istifadə edib və seçkilərin nəticələri real mənzərəni əks etdirir”.
Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar obyektiv bəyanat vermişdir. “Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır” – Aİ tərəfindən verilmiş bu qiymət, seçkilərin tanınması deməkdir.
Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir, bu mənada siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin böyük rolu vardır. Bütün siyasi qüvvələr rəqabət mühitində keçirilmiş seçkilərdə iştirak etmişlər. İlham Əliyev çıxışında demişdir : “Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Bu, çox müsbət əlamətdir. Hesab edirəm ki, siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu olacaqdır və olmalıdır. Bütün siyasi qüvvələr seçkilərdə iştirak etmişlər”.
Bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb və bu, demokratiyanın inkişafında önəmli addımdır. Qanunvericilik sahəsində siyasi sistemin təkmilləşdirilməsi, siyasi islahatların aparılması, kadr islahatının həyata keçirilməsi, dəyişən reallıqlara uyğun yeni mütərəqqi məzmunlu qanunların hazırlanması sahəsində yeni formalaşmış Milli Məclisin mütərəqqi tədbirlərin həyata keçirilməsini zəruri edir və seçkilərdən keçən müddət ərzində bu sahədə qlobal dəyişiriklərin şahidi oluruq.
Dilqəm Əlirzayev
Nizami rayon 70 saylı məktəb-liseyin direktor müavini, Qarabağ veteranı