Ramin Əhmədov: “Mehriban Əliyevadan nümunə götürən qadınlarımız çalışdıqları sahədə faydalı olmağa, inkişafa töhfə verməyə çalışırlar”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Ağsaqqalları Birliyinin təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib

Bu gün 8 mart Beylxalq Qadınlar Günüdür. Azərbaycan qadını tarixin bütün dövrlərində cəmiyyətin inkişafına misilsiz töhfələr verib, milli dəyərlərimizin, mədəni irsimizin qorunmasında əvəzsiz xidmətlər göstərmişdir. Bu gün də Azərbaycan qadınları kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak edirlər. Azərbaycan qadını müəllimdir, həkimdir, məmurdur, polisdir, hakimdir, vəkildir, hərbçidir, iş adamıdır… Bir sözlə ölkəmizdə qadınlar demək olar ki, bütün sahələrdə çalışır və əlbəttə ki rəhbər şəxslər sırasına yüksəlirlər. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında da Azərbaycan qadınının böyük əməyi vardır. Azərbaycan Dövləti qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsinə xüsusi diqqətlə yanaşır. Bu kimi məsələlər Ulu öndərimiz Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılıb. Bu xətti cənab prezident İlham Əliyev bu gün uğurla davam etdirir.

Azərbaycanda qadınların ictimai fəallığından, cəmiyyətin inkişafında oynadıqları roldan danışarkən heç şübhəsiz ki diqqət mərkəzinə birinci növbədə Birinci vitse- prezident Mehriban xanım Əliyevanın yaratdığı xalqa, dövlətə xidmət nümunələri gəlir. Tərəddütsüz deyə bilərik ki, Mehriban xanım Əliyeva Azərbaycan qadınları üçün təkrarsız nümunədir.

Mehriban xanım Əliyeva mədəni irsimizin təbliği, humanitar siyasətin təkmilləşdirilməsi, idarəçiliyin yeni modelinin yaradılması, innovasiyalardan istifadə və onların işlək mexanizmlərə çevrilməsi istiqamətində nümunələr yaratmaqla yanaşı, həm də xalqın yanında olmaq, vətəndaşlara doğma və səmimi münasibət göstərmək, cəmiyyəti narahat edən problemlərin həllini öz üzərinə götürmək kimi çoxşaxəli fəaliyyəti ilə də seçilir.

Mehriban xanım Əliyevanın həm Birinci Vitse-prezident, həm də Heydər Əliyev Fonudunun rəhbəri kimi sosial sahədə həyata keçirdiyi layihələrdən minlərlə insan bəhrələnir. Onun şəhid və qazi ailələrinin həyat şəraitinin yaxşılaşdırılması yönündə atdığı addımlar da xalqımızın gözü qarşısındadır.

Səhhətində problem olan yüzlərlə uşaq, gənc, ahıl vətəndaşlar məhz Mehriban xanım Əliyevanın vasitəsi ilə müalicə olunaraq sağlamlıqlarını bərpa ediblər.

“Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən koronavirusla mübarizə dövründə 100 minədək ailəyə yardım edildi. Bundan başqa, Heydər Əliyev Fondu işğaldan azad olunmuş ərazilərdə hərbi qulluqçularımız üçün dəstək aksiyasına başladı. Bu aksiyaların hamısı Mehriban Əliyevanın təşəbbüsü və birbaşa rəhbərliyi ilə həyata keçirilib. Azərbaycan xalqı Mehriban Əliyevanın bütün təşəbbüslərini təqdir edir və onu dəstəkləyir”.

“Mehriban xanım Əliyevanın beynəlxalq səviyyədə həyata keçirdiyi böyük layihələr, Azərbaycan həqiqətlərinin təbliği yönündə həyata keçirdiyi nəhəng proqramlar heç şübhəsiz ki, ölkəmizin dünya müstəvisində mövqelərinin və müsbət imicinin möhkəmlənməsində böyük rol oynayır. Sosial sahə, humanitar istiqamət, idman və mədəni tədbirlər, ekoloji proqramlar, tarixi irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi, gənc istedadlara və intellektual gənclərə dəstək verilməsi və sairə kimi məsələlər bu gün Mehriban xanım Əliyevanın fəaliyyətində əsas yer tuturlar. Azərbaycan xalqı bunu görür və yüksək qiymətləndirir. Qadınlarımız isə bu nümunələrdən örnək götürürlər. Odur ki, tərəddüdsüz deyə bilərik ki, Azərbaycan qadınlarının cəmiyyətdəki rolunun artmasında Mehriban Əliyeva faktoru böyük rol oynayır. Onun yaratdığı nümunələrdən yararlanan qadınlarımız çalışdıqları sahələrdə faydalı olmağa və inkişafa töhfə verməyə çalışırlar.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR