Qoşulmama Hərəkatı ölkələrinin Azərbaycanda keçirilən növbəti Zirvə görüşü, ölkəmizin qüdrətinin göstəricisidir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Cari ilin 2 mart 2023- cü il tarixində Bakıda keçirilən Qoşulmama Hərəkatının COVİD-19 –a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirildi. 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə 2019-2022- ci illər üzrə Qoşulmama Hərəkatına sədrliyinə başladı. Qoşulmama Hərəkatının sədri olaraq ölkəmizin qarşıya qoyduğu məqsəd ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir.

Ölkəmiz 2020- ci ilin mayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüşdür. Bu təşəbbüs Azərbaycanın BMT Baş Assambleyasının liderləri səviyyəsində xüsusi sessiyanın çağırılması təklifinə BMT üzv dövlətləri tərəfindən yekdil dəstək qazandı. Xüsusi sesiya 2020- ci ilin dekabrında keçirildi və tədbirə 70-dən çox ölkənin dövlət və hökumət başçısı çıxış etdi. Xüsusi sessiyada beynəlxalq həmrəyliyin artırılması zəruriyi vurğulanmış, Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyi qəbul edilmişdir. Qoşulmama Hərəkatının pandemiyanın qarşısının alınması istiqamətində ortaya qoyduğu mövqe Hərəkatın nüfuzunu və məsuliyyətini bir daha nümayiş etdirmiş oldu. Pandemiya ərəfəsində Azərbaycan Hərəkatın üzvü olan 80-dən çox ölkəyə koronavirusla mübarizədə həm bir başa ölkə üzərindən, həm də Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərmişdir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çox aktual, düşündürücü məqamlara toxundu. O, dedi:”Yeni dünya düzəni yenidən formalaşmaqdadır. İndi dünya “Soyuq müharibə” nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində də hiss olunur. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşdırılmasında fəal iştirak etməlidir. Bu gün neokolonializm meylinin artdığını müşahidə edirik. Tarixi müstəmləkəsizləşdirmə prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə aradan qaldırılması istiqamətində səylərini birləşdirməlidir”.
Tədbirdə yadda qalan digər məqamlardan biri Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə öz maliyyə resursları ilə genişmiqyaslı yenidənqurma işlərinin aparılması ilə bağlı olmuşdur. Azərbaycan dövləti 2021-2022- ci illərdə yenidənqurma işlərinə 4 milyard ABŞ dolları məbləğində vəsaiti vəsaitin ayrılması nəzərdə tutulur. Digər məsələ, Ermənistan işğalına görə Azərbaycan ərazilərinin minadan təmizləmə əməliyyatlarının həyata keçirilməsidir ki, buna da böyük vəsait nəzərdə tutulur, amma nə qədər çox vəsait olsada biz bu təmizləmə prosesini yüksək səviyyədə həyata keçirçəyik ki, insanlarımız öz doğma yurdlarına qayıtmaqda heç bir tərəddüd etməsin. Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. İkinci Qarabağ müharibəsindən bu günə kimi 300 azərbaycanlı mina partlayışı nəticəsində həlak olmuş və yaralanmışdır. Ölkə üçün humanitar minatəmizləmənin böyük əhəmiyyətini nəzərə alaraq, Azərbaycan hazırda xüsusi milli Dayanıqlı İnkişaf Məqsədinin müəyyən edilməsini nəzərdən keçirir. Azərbaycan Dayanıqlı İnkişaf məqsədləri və minatəmizləmə fəaliyyəti arasında birbaşa əlaqə görür, çünki minalar yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin geri dönməsini ləngidir. Azərbaycan minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsünü fəal şəkildə təşviq edir. Tədbirin gedişində Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxunun mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, Azərbaycan Hərəkatının səsini qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını təklif etmişdir.
Bəli, cənab Prezidentin ortaya qoyduğu qətiyyətli mövqe göz önundədir. Prezident İlham Əliyev həmişə mötəbər beynəlxalq tədbirlərdə separatçılığa, terrorizmə, islamafobiya və ksenofobiya kimi cəmiyyətdə mənfi rəy doğuran meylərə qarşı sərt mövqe tutması ilə insanların yaddaşında xarizmatik lider kimi qalmışdır. Cənab Prezident terrorizmin və işğalçılıq siyasətinin həm region üçün, həm də dünya üçün nə qədər acı nəticələr doğuracağını bəyan etməklə liderləri belə fikirlərdən daşındırmağa çalışmışdır.

Mürvət İbrahimov,
Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, tarixçi

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR