Regionun ən güclü siyasi partiyası

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Yeni Azərbaycan Partiyasının yaranması ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə baş verən mürəkkəb siyasi proseslər fonunda Azərbaycan xalqının zərurətdən doğan arzusu idi. Xaos və qeyri-sabitliyin hökm sürdüyü həmin dövrdə ölkəni düşdüyü vəziyyətdən xilas etmək üçün xalqın milli maraqları naminə həmrəy olan 91 ziyalı ulu öndər Heydər Əliyevə müraciət etdi.

1992-ci il oktyabrın 16-da imzalanan müraciətdə deyilirdi: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edidik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.
Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona sədrlik etməyə razılıq verən dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə YAP dünya siyasi tarixində bənzəri olmayan siyasi təşkilat kimi yarandığı müddətdən 7 ay sonra iqtidar oldu.
O dövrdə “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub-saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” deyən Ulu Öndər Heydər Əliyev ölkədə sabitliyin bərpasını və vətəndaş həmrəyliyini son dərəcə vacib hesab edirdi.
Milli siyasi iradəni təcəssüm edən Yeni Azərbaycan Partiyasının şərəfli inkişaf yoluna nəzər saldıqda görürük ki, ölkədə ictimai-siyasi sabitliyinin təmin olunması, demokratik və hüquqi cəmiyyətin qurulması, milli birlik və həmrəyliyin gücləndirilməsi partiyanın əsas məqsədləri sırasındadır.
Milli həmrəyliyə və inkişafa xidmət edən YAP ideoloji işinin təməlində eyni zamanda xalqına, dövlətinə bağlı, müasir elmi biliklərə yiyələnən və vətənpərvərlik ruhunda tərbiyə olunan gənclər siyasəti durur. Bu həmin gənclik idi ki, 44 günlük Vətən müharibəsində böyük şücaət və qəhrəmanlıq göstərərək, 30 illik düşmən işğalında olan doğma torpaqlarımızı azad etdi. Artıq regionda hər kəs tərəfindən qəbul edilən yeni reallıqlar yaranıb.
Azərbaycan xalqının milli və dövlət maraqlarına söykənən, dünya dövlətləri tərəfindən qəbul edilən müstəqil və uğurlu xarici siyasət xalqımız tərəfindən dəstəklənir. Ölkədə keçirilən bütün seçkilərdə YAP-ın qalib olması bunun bariz nümunəsidir.
Yeni Azərbaycan Partiyası ictimai-siyasi nüfuzuna, malik olduğu resurslarına, siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasındakı xidmətlərinə görə Azərbaycanın ən güclü və fundamental dəyərlərə sahib yeganə siyasi partiyasıdır.
Yeni Azərbaycan Partiyasının arxada qoyduğu möhtəşəm qalibiyyətlərlə dolu 31 illik tarixinə nəzər salsaq bir daha əmin olarıq ki, partiyamız qarşıdakı dövrlərdə də hələ çox tarixi əhəmiyyətli uğurlara imza atacaq və Azərbaycanın dünya arenasında qüdrətinin daha da artmasına və möhkəmlənməsinə öz töhfəsini verəcək.

Eldəniz Zeynalov

 Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR