Dövlət müstəqilliyinin qorunub saxlanılması hər bir azərbaycanlının müqəddəs borcudur

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Hər birimizin müqəddəs borcu müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişaf etdirmək dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə qaldırmaqdan ibarətdir.”

Heydər Əliyev
Azərbaycan xalqının ümummilli lideri

Azərbaycanda dövlət müstəqilliyinin əldə olunması və onun qorunması heç də asan başa gəlmədi. Təssüflər olsun ki, XX əsrin əvvəllərində elan olunmuş mütəqilliyimizin ömrü cəmi 23 ay sürdü. Əsrin sonunda 1991-ci ildə yenidən dövlət müstəqilliyimiz bərpa olundu. Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə edən nadir bir xalq kimi bu çətin və şərəfli yolda qurbanlar verdi. 1990-cı illərin əvvəllərində əldə olunmuş müstəqillik çox çətin bir dövrə təsadüf edirdi. Bir tərəfdən ölkədə ağır sosial-iqtisadi durum, digər tərəfdən isə mövcud dövlət rəhbərliyinin səriştəsizliyi ucbatından Ermənistanın ölkəmizə qarşı başlatdığı ərazi iddiaları və elan olunmamış müharibə şəraiti müstəqilliyimizə böyük təhlükə törədirdi.
Qədirbilən Azərbaycan xalqı baş verən proseslər fonunda üzləşdiyi bu çətin durumdan çıxmaq üçün yeganə xilaskarın Heydər Əliyev olduğunu görür və onun yenidən respublika rəhbərliyinə qayıtmasını arzulayırdı. Xalq ulu öndər Heydər Əliyevin portretləri ilə meydanlarda onu yenidən respublikaya rəhbərlik etməyə səsləyirdi. Azərbaycanın dünya xəritəsindən silinmək təhlükəsi olduğunu görə dahi şəxsiyyət Heydər Əliyev nəhayət xalqın təkidi ilə 1993-cü ildə yenidən hakimiyyətə gəldi.
Ağır durumda olan ölkəni bu bəladan xilas etmək üçün ciddi addımlar atıldı. Hakimiyyət və idaərəetmənin təkmilləşdirilməsi və möhkəmləşdirilməsi üçün xarici və daxili siyasətdə ciddi dəyişikliklər edildi. İqtisadi islahatlar nəticəsində böhran aradan qaldırıldı, hərbi quruculuq məsələsinə xüsusi diqqət yetirildi. Ölkədə ictimai-siyasi sabitlik bərpa edildi, vətəndaşların hüquqlarının müdafiəsi və demokratiya sahəsində ciddi irəliləyişlər əldə olundu.
Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb prosesdir. Müstəqilliyin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunun, əhalinin təhlükəsizliyinin və rifahının təmini dövlətimizin əsas məqsədlərindəndir.
Bu gün ulu öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən dövlətin qorunması ən ali prinsiplərə uyğun olaraq həyata keçirilir və Azərbaycan müstəqil dövlət kimi öz inkişafının ən parlaq dövrünü yaşayır. Ölkədə ictimai-siyasi sabitliyin qorunması müstəqilliyin ən böyük nailiyyətlərindən biridir. Buna görə müstəqilliyimizi qorumaq hər bir azərbaycanlının müqəddəs borcudur.

Eldəniz Zeynalov
Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR