Ərdoğan: “Mayın 14-də Türkiyədə prezident seçkiləri keçiriləcək”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident və parlament seçkilərinin mayın 14-də keçiriləcəyini təsdiqləyib.

Agsaqqallar.com AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti müvafiq bəyanatı Böyük Millət Məclisində çıxışı zamanı səsləndirib.

“Bunu yaxşı bilin ki, bu millət mayın 14-də lazım olanı edəcək. Qüsurlarımızı demək, halallıq istəmək bizim səmimiyyətimizin, millətimizlə aramızdakı sevginin ifadəsidir”, – deyə Rəcəb Tayyib Ərdoğan müxalifətin onun və hökumətin ünvanına söylədiyi tənqidlərə cavab olaraq vurğulayıb.

Qeyd edək ki, Türkiyədə fevralın 6-da baş vermiş dağıdıcı zəlzələdən sonra seçkilərin vaxtının dəyişdirilib-dəyişdirilməyəcəyi mövzusu gündəmə gəlmişdi.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR