TÜRKSOY-un Baş katibi Sultan Rayev Özbəkistan Yazıçılar İttifaqının fəxri üzvü olub

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Özbəkistan Yazıçılar İttifaqının sədri, Özbəkistanın Xalq şairi Sirojiddin Sayyid TÜRKSOY təşkilatının Baş katibi, Qırğızıstanın Xalq yazıçısı Sultan Rayevə Özbəkistan Yazıçılar İttifaqının fəxri üzvü vəsiqəsini təqdim edib.
Agsaqqallar.com AZƏRTAC-a istinadən xəbər verir ki, Özbəkistan Yazıçılar İttifaqının mətbuat xidməti bu məlumatı “Kabar” agentliyi üçün açıqlayıb.
Sirojiddin Sayyid təbrik nitqində qeyd edib ki, hazırda Qırğızıstan-Özbəkistan ədəbi əlaqələri dinamik və səmərəli şəkildə inkişaf edir. O, Sultan Rayevə müraciətlə deyib: “Özbək oxucular Sizi çox yaxşı tanıyırlar. TÜRKSOY təşkilatının Baş katibi kimi Özbəkistana səfəriniz həm Özbəkistanla Qırğızıstan arasında, həm də bütün türk dünyasında mədəni-humanitar əlaqələrin inkişafına yeni təkan verəcək”.
Sultan Rayev ona göstərilən diqqətə görə, Özbəkistan tərəfə təşəkkürünü bildirərək qeyd edib ki, Özbəkistanda türk, Azərbaycan, türkmən, qazax və qırğız ədəbiyyatının ən populyar inciləri tərcümə olunur. O deyib: “Özbəkistan Yazıçılar İttifaqının səyləri və Özbəkistan yaradıcı elitasının yorulmaz yaradıcı əməyi sayəsində Abay, Çingiz Aytmatov, Anar, Yunus Oğuz, Güntəkinin, Məhmət Odər kimi yazıçıların əsərləri özbək oxucusu üçün çox əziz olub”.
Qeyd edilib ki, keçən il türk dünyası ədəbiyyat xəzinəsindən 100 cildlik külliyyat nəşr edilib. TÜRKSOY beynəlxalq təşkilatı böyük macar şairi Şandor Petefinin anadan olmasının 200 illiyi münasibətilə ən yaxşı tərcümə əsərlərinin müsabiqəsini keçirib, özbək şair və tərcüməçilər bu prosesdə yüksək fəallıq göstəriblər.
Görüşdə bu il Əndicanda qırğız-özbək ədəbiyyat günləri keçirilməsi təklif edilib, bu tədbirin həyata keçirilməsi üçün “yol xəritəsi” razılaşdırılıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR