İsrail Təhlükəsizlik Akademiyası: “Xocalı soyqırımı tarixin ən dəhşətli cinayətlərindəndir
İsrail Təhlükəsizlik Akademiyası: “Xocalı soyqırımı tarixin ən dəhşətli cinayətlərindəndir.
Xocalı soyqırımı nəinki əsrin soyqırımı‚ hətta bəşər sivilizasiyasının ən qanlı və qorxunc insan qətliamlarındandır. Xocalı soyqırımı mahiyyətcə misli bərabəri olmayan kütləvi terror və hərbi cinayətdir. 1992-ci ilin fevralın 25-dən 26-na keçən qarlı və boranlı qış gecəsində Ermənistan hərbi qüvvələri Livan və Fələstindən gətirilmiş muzdlu döyüşçülərlə birlikdə Azərbaycanın Xocalı şəhərinə daxil olaraq bütün şəhəri darmadağın etmiş‚ əliyalın günahsız insanları qarlı və çovğunlu havada gülləbaran etmiş‚ qoca və uşaq demədən qundaqdakı körpələrə qədər süngülərə keçirmiş‚ insanları tankların altında əzmişlər. Bununla da erməni silahlı qüvvələri Azərbaycanlılara qarşı tarixdə misli görünməyən barbarlıq və vandalizm törətmişlər. Beləcə Ermənistan hərbi qüvvələri tarixin ən ağır qanlı qətliamlarından və kütləvi insan qırğını olan Xocalı soyqırımını törətmişlər.
Azərbaycan xalqına başsağlığı verir‚ erməni cinayətlərini və vəhşiliyini şiddətlə pisləyir‚ Xocalı soyqırımı qurbanlarını hörmət ehtiramla anırıq. Hər zaman Azərbaycan xalqının və dövlətinin yanında olduğumuzu ifadə edirik.
İsrail Təhlükəsizlik Akademiyasının
Qafqaz üzrə Azərbaycan Respublikasındakı
Regional Nümayəndəliyi