" />

Ramin Əhmədov: “Xocalıda baş verən terror hadisəsi bütün türk dünyasının ağrısıdır”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Ramin Əhmədov: “Xocalıda baş verən terror hadisəsi bütün türk dünyasının ağrısıdır”

“Bu gün Azərbaycanın qədim yurdu olan Xocalıda ermənilərin törətdikləri qətliamdan 31 il keçir. Günahsız insanların qanının töküldüyü o faciə, Xocalıda baş verən terror hadisəsi bütün türk dünyasının ağrısıdır”.

Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında Türk Ağsaqqalları Birliyi-TAİB-in təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Ahmedov deyib.

O, bildirib ki, Azərbaycan başda olmaqla dünyanın bir çox ölkələrində terror hadisələri baş verir, yüzlərlə günahsız insanlar terrora qurban gedirlər.

“Xocalı faciəsi faciələrin ən dəhşətlisidir. Günahsız insanlara tutulan divana görə emənilər cavab verməlidirlər. Bu dəhşətli qırğın xalqımızın yaddaşına əbədi həkk olunub. Bu gün axın-axın insan məğrur halda Bakıda ucaldılmış ‘Ana harayı” abidəsini ziyarət edir. Çünki Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz 44 gün ərzində həm Xocalının, həm də Qarabağ uğruna şəhid olan oğullarımızın qisasını aldı. Bu müharibə demək olar ki, bütün türk dünyasının birliyini, möhkəmliyini artırdı. Artıq Qarabağın səmasında dolaşan nigaran ruhlar sakitləşib. İndi Qarabağda güclü quruculuq işləri gedir. Tezliklə bizim qədim torpağımız olan Xocalıda da, Xankəndində də abadlıq, yenidənqurma işlərinə start veriləcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların xatirəsi daima qəlbimizdə yaşayacaqdır. Hər zaman ehtiramla anılacaqlar”-deyə R. Əhmədov vurğulayıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR