Türk Ağsaqqalları Birliyinin üzvləri “Xocalıda bir gecə” adlı tədbirdə iştirak edəcəklər
Türk Ağsaqqallar Birliyinin sədr müavini Eyvaz Hünbətov, İdarə Heyətinin üzvü Akif Rufullayev və Gənclər Təşkilatının üzvləri Xəzər Universitetində keçirilən “Xocalıda Son Gecə” adlı tədbirdə erməni vandallığının törətdiyi faciədən bəhs edəcəklər
“Əbədi Birlik” Gənclər İctimai Birliyinin təşkilatçılığı və Xəzər Universitetinin dəstəyi ilə 23 fevral 2023-ci il tarixində saat 15:00-da Xəzər Universitetinin Neftçilər kampusunda 26 Fevral – Xocalı Soyqırımı ilə əlaqədar “Xocalıda Son Gecə” adlı tədbir keçiriləcəkdir.
Tədbirdə Milli Məclisin deputatı Naqif Həmzəyev, Türk Ağsaqqallar Birliyi-TAİB-in sədr müavini Eyvaz Hünbətov və TAİB idarə heyətinin üzvü Akif Rufullayev, BMT-nin İnsan haqları və müdafiə komitəsinin üzvü Mirdaməd Əzizov və tarix elmləri üzrə fəlsəfə doktoru Nəriman Yaqublu iştirak edəcək.
Qeyd edək ki, tədbirdə Xocalı Soyqırımına həsr olunmuş səhnəciklər səsləndiriləcək, mövzu ilə bağlı tarixi faktlara toxunulacaq.
Ziyalıların xatirəsində Xocalı Soyqırımı qurbanları anılacaq, tarixin qanlı səhifəsi vərəqlənəcək.