" />

TAİB üzvü, dosent Şakir Albalıyev: “Novruz mərasimi dünyanın ən qədim xalqı olan türklərə məxsusdur”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Fəlsəfə doktoru, dosent Şakir Albalıyev: “Əgər tarix, bəşər mədəniyyəti türklərdən başlanırsa, Novruz mərasimi də dünyanın ən qədim xalqı olan türklərindir”

“Novruz astronomik səciyyə daşıyan və tarixi bəşəriyyətin yaşı ilə ölçülmüş bir bayramdır. TAİB-in Qadınlar Şurasının sədri, Tarix elmlər doktoru Güllü Yoloğlu yazır ki, novruz çox qədim görüşlərlə səsləşir. İnsan ruhunun – qəlbin, torpağın bayramı – təbiətin, ölkəmizin bayramı olan Novruzun tədqiq edilib öyrənilməsi də folklorşünaslıq, etnoqrafik nöqteyi-nəzərdən böyük əhəmiyyət daşıyır. “Yaz bayramı”, “ilbaşı bayramı” kimi adlarla da tanınan “İlbaşı, Novruz yaz bayramı Türk Dünyasının ənənəvi birliyinə şərait yarada bilən milli bayramdır”. Düşünəndə ki, yeni bir fəslin – yaz fəslinin başlanması olmaqla həm də yeni bir təqvim ilinin başlanğıcı bayramı kimi də anılan Novruz bayramının təmtərağı bir və ya bir neçə günlə məhdudlaşmır, onda məsələyə daha geniş rakursdan yanaşmaq zərurəti ortaya çıxır”.
Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında TAİB-in üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyev deyib.
O, açıqlamasında bildirib ki, xalq düşüncəsindəki inam hər çərşənbəni müəyyən bir ünsürlə əlaqələndirib, misal üçün, “çərşənbə bu dəfə suya düşdü”, yaxud “çərşənbə bu dəfə yerə (torpağa) düşdü” və s. tipli sabit deyimlərlə fikir yürüdülür. Bu fikir onu bildirir ki, yəni əgər su çərşənbəsidirsə, “çərşənbə suya düşür” deyiləndə suyun canına istilik düşür, su qızmağa, donu-şaxtası açılmağa (kristal buz və ya qar dənəcikləri formasından yumşaq maye şəklinə keçir) başlayır ki, bununla da soyuqdan donmuş, ölmüş su qızmaqla suya can gəlir, başqa sözlə, “ölmüş su” yenidən dirilik tapıb dirilir, yeni həyat qazanır.
Novruz ənənəsinin tarixi-kökü barədə sualımızı cavablandıran professor: “Amerikalı şumerşunas alim Samuel Kramerin bir oforistik fikri var: tarix Şumerdən başlayır. Yəni şumerlər kimdirsə, Novruz da onlarındır. Novruz bayramının taleyi nə dərəcə keşməkeşlərlə üzləşmişdisə, şumerlərin kimliyi məsələsi də o dərəcədə dünya alimləri arasında fikir ixtilafına səbəb olub. Unutmayaq ki, elmin bircə yolu var. Elm obyektivliyi sevir, elm həqiqətə söykənməlidir. Nəhayət, üzün məsələlərdən sonra şumerlərin türk olması fikri dünya elmində səsləndirilib. Şumerlər isə prototürklərdir. Bu, dünyada türkə birmənalı münasibətin olmamasından, Qərbin və Avropanın türkün qədimliyini, mədəniyyətini danmaq istəyindən irəli gəlir. “Tarix türklərdən başlanır” fikri onu göstərir ki, burada “tarix” deyiləndə bəşəriyyətin, mədəniyyətin, sivilizasiyanın tarixi nəzərdə tutulur. Dünyadan kənarda tarix axtarmaq olmaz. Belə olan halda əgər tarix, bəşər mədəniyyəti türklərdən başlanırsa, dünya tarixinin ən qədim mədəni hadisəsi sayılan Novruz mərasimini də dünyanın ən qədim xalqı olan türklərin yaratdığı şübhəsizdir. Axı, Novruz bayramı sadəcə təbiət bayramıdır. Təbiətin oyanışı bayram olmaqla məhdudlaşmır, Novruz təbiətə həm də şüurlu baxışın formalaşdığı dövrlərin məhsuludur. Yəni sadəcə bahar fəslinin gəlişi yox, həm də bahar obrazlı mifik, poetik və fəlsəfi baxışların məcmusu kimi meydanaçıxan mərasim aktıdır. Novruz bayramı özlüyündə bir mərasim kompleksidir. Novruz yaradılışla bağlıdır və bunun əsasında dörd ünsür dayanır- su, od, torpaq və hava. Bu dörd ünsür birləşib kompanent təşkil edir, Novruzu belə demək olarsa, dünyaya gətirirlər. Yeni günün, yeni həyatın yaranması üçün bu dörd ünsürün olması əsas şərtdir.
Novruz bayramı hadisəsi olaraq su çərşənbəsinin cəmiyyətdə – insan dünyasında inikasına, bu məsələlər də su çərşənbəsi mərasimi adı ilə keçirilən ayin və mərasimi aktlarda gerçəkləşir. Yəni insan özünü təbiətin ayrılmaz parçası hesab etməklə su ilə ilgili əfsun, sehr, oyun, icra ayinləri, mərasimi hərəkətlər və s. yerinə yetirir – su üstündən adlamaqla, evinə zəmzəm suyu gətirməklə və s. şəklində su çərşənbəsini bayram edir”-deyə şərh edib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR