Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi Nizami adına Daşkənd Dövlət Pedeqoji Universitetinin rektoru ilə görüş keçirlib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi Nizami adına Daşkənd Dövlət Pedeqoji Universitetinin rektoru Abduqaffar Qırğızbayevlə görüş keçirib.

Agsaqqallar.com xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlıq, hər iki ölkənin ali təhsil ocaqları ilə əlaqələrin genişləndirilməsi, birgə layihələrin icrası sahəsində müzakirələr aparılıb və mühüm razılıqlar əldə olunub.

Həmçinin Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Universitetdə Nizami Gəncəvi və Əlişir Nəvai Azərbaycan-Özbəkistan Dostluq Mərkəzinin yaradılması, Azərbaycan və Özbəkistan dövlətləri arasında tələbə, müəllim mübadiləsi proqramlarında yaxından iştirak, il ərzində Nizami adına Daşkənd Dövlət Pedeqoji Universiteti ilə birgə layihələrin reallaşdırılması, birgə seminar və konfransların təşkil olunması nəzərdə tutulub.

Habelə Universitetdə “Heydər Əliyev və Özbəkistan” adlı beynəlxalq konfransın təşkili, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən keçiriləcək mədəniyyət və incəsənət tədbirlərində, müsabiqə və proqramlarda, layihələrdə Universitet tələbələrinin aktiv iştirakı razılaşdırılıb.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR