" />

TAİB-in təsisçisi Ramin Əhmədov: “Təşkilatımız fəaliyyət proqramını qanunvericiliyə uyğun formada həyata keçirir”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB-in təsisçisi Ramin Əhmədov:

”Təşkilatımız fəaliyyət proqramını qanunvericiliyə uyğun formada həyata keçirir – Qarşıdakı mərhələ üçün nəzərdə tutulan layihələr ətrafında müzakirələr gedir”

“Dövlətimiz QHT sektorunun inkişafı
və qanunvericiliyə uyğun fəaliyyət göstərməsi üçün bütün imkanları yaradıb. Təşkilatımız da fəaliyyət proqramını qanunvericiliyə uyğun formada həyata keçirir.
Bizim həyata keçirdiyimiz bütün layihələr dövlət və milli maraqlara əsaslanır. Təşkilatımız yarandığı gündən ümumtürk kontekstində böyük layihələr həyata keçirir. Atdığımız bütün addımlar Türk dünyasının birliyinə töhfələr verməyə hesablanıb”.

Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin təsisçisi Ramin Əhmədov deyib.

O, qeyd edib ki, TAİB-də qarşıdakı mərhələ üçün nəzərdə tutulan layihələr ətrafında müzakirələr gedir.
Ramin Əhmədov qardaş Türkiyədə baş verən zəlzələylə bağlı dövlətimizin atdığı addımlardan, diqqət və qayğıdan da söz açıb.

“Qardaş Türkiyədə baş verən zəlzələ, irimiqyaslı təbii fəlakət əsrin ən böyük faciələrindən biridir. Hər zaman olduğu kimi bu gün də dövlət və xalq olaraq qardaşlarımızın yanındayıq.
Cənab Prezidentimizin və ölkənin Birinci xanımı Mehriban xanım Əliyevanın qardaş ölkəyə verdiyi dəstək, Azərbaycan xalqının da hamılıqla bu təşəbbüsə qoşulması birlik-bərabərliyin rəmzidir. Biz vətəndaş cəmiyyəti institutu olaraq ölkə başçımızın siyasətini alqışlayır və dəstək olmağa çalışırıq. Türk birliyinin möhkəmlənməsində ictimai platformaların üzərindən görüləcək işlər də böyük rol oynayacaq. Ona görə bizim də təşkilat olaraq bütün layihə və tədbirlərimiz dövlət siyasətinə dəstək məqsədlidir”- deyə R. Əhmədov vurğulayıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR