TAİB-in rəhbərliyi və bütün üzvlərindən Qüdsi Osmanova təbrik
Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi-TAİB-in rəhbərliyi və bütün üzvləri Azərbaycanın tanınmış diplomatı, Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovu doğum günü münasibətilə təbrik ediblər.
Qüdsi Osmanov Azərbaycan Respublikasının milli maraqlarının, Moldova Respublikasında yaşayan vətəndaşlarımızın və hüquqi şəxslərinin hüquqlarının, mənafelərinin qorunması üçün və hər iki ölkə arasında bütün sahələrdə ikitərəfli münasibətlərin genişləndirilməsi üçün bütün məsuliyyəti ilə çalışdığı bildirilib.
Qeyd edək ki, fəaliyyətinə görə bir çox mükafatlara layiq görülən diplomatın TAİB-in Moldova türkləri və Qaqauz ağsaqqalları ilə əlaqələrin qurulmasında da məxsusi rolu olub.
Hörmətli səfirimizi bir daha təbrik edir, cansağlığı arzulayırıq!