Erməni terrorçularının Qaradağlı kəndində törətdiyi qətliamdan 31 il ötür

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Ermənistan Silahlı Qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndində qanlı qırğın törətməsindən 31 il ötür. Xocalı soyqırımından bir neçə gün əvvəl – 1992-ci il fevralın 17-də Xocavəndin Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlı kütləvi qırğına məruz qalıb.

Erməni terrorçuları Xankəndidə dislokasiya olunmuş 366-cı motoatıcı alayın hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edib. İki gün çəkən ağır döyüşdən sonra mühasirəni yaran ermənilər fevralın 17-də kəndi işğal ediblər. İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc, əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub. Faciə nəticəsində Qaradağlıdan girov götürülən 117 kənd sakinindən 80 nəfərdən çoxu xüsusi amansızlıqla qətlə yetirilib, digərləri isə itkin düşüb və əsir götürülüb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR