“Türkiyə – tək ürək” kampaniyası çərçivəsində 115 milyard lirədən çox vəsait toplanıb
“Türkiyə tək ürəkdir” adlı yardım kampaniyası çərçivəsində Türkiyə, Azərbaycan və Şimali Kiprin televiziya və radio kanallarının birgə iştirakı ilə xeyriyyə məqsədli yayım bitib.
Agsaqqallar.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, yardım kampaniyası çərçivəsində toplanan vəsait 115 milyard 146 milyon 528 min lirə təşkil edib, 9 milyon 10 min SMS göndərilib.
Bildirilir ki, toplanan vəsait AFAD-ın və Qızıl Aypara Cəmiyyətinin hesabına köçürüləcək.