Şərafət Şəfa: “Vətəndaş cəmiyyətinin effektiv fəaliyyətinin nə qədər zəruri olduğunu anlayırıq”
Şərafət Şəfa: “Həm ölkə daxilində, həm də xaricdə layhələr həyata keçirəcəyik”
Azərbaycanda vətəndaş cəmiyyəti strukturunun əsas tərkib hissəsi olan QHT-lərin həm ölkə daxilində, həm də beynəlxalq arenda fəaliyyəti çox önəmlidir. Xüsusilə indiki məqamda ölkələr arasında ictimai əlaqələrin gücləndiirlməsi üçün vətəndaş cəmiyyəti strukturlarının üzərinə böyük yük düşür.
Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin (TAİB) sədr müavini Şərafət Şəfa “Xalq Cəbhəsi”nə müsahibəsində təşkilat olaraq görülən işlər və planlaşdırılan layihələr barədə danışdı.
Ş.Şəfa bildirdi ki, həm ötən il, həm də bu il təşkilat bır sıra uğurlu layihələrə imza atıb və tədbirlər keçirib. Onun fikrincə, TAİB 2022-ci ili xüsusilə xaricdə uğurlu tədbirlər keçirib: “Türk ölkələrində keçirilmiş konfranslar və məhsuldar görüşlər bizim yeni perspektivlər yaratdı. Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi ötən il özünün fəaliyyət proqramına uyğun olaraq bir sıra layihələrə imza atmağa müvəffəq oldu.
Məsələn, TAİB-in 2022-ci ildə ilk böyük konfransı Şimali Kipr Türk Cümhuriyyətində təşkil olunub. Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş və Azərbaycan-Kipr Dostluq Cəmiyyəti ilə birgə təşkil olunmuş konfrans fevralın 26-da 200-ə yaxın şəxsin iştirakı ilə Girnə Amerikan Universitetinin konfrans zalında keçirilib. Tanınmış elm və ictimaiyyət xadimlərinin, millət vəkilləri və dövlət rəsmilərinin də iştirak etdiyi konfrans həm Şimali Kipr, həm Türkiyə, həm də Azərbaycan mediasında geniş şəkildə işıqlandırılıb.
Tərkibində millət vəkillərinin də olduğu TAİB nümayəndə heyəti səfər çərçivəsində Şimali Kiprin prezidenti Ersin Tatar, nazir və komitə rəhbərləri, eləcə də Girnə Amerikan Universitetinin rəhbərliyi ilə görüş keçirərək, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti arasında dostluq və qardaşlıq əlaqələrtinin inkişafı mövzusunda müzakirələr də aparıblar”.
O, əlavə edib ki, 2022-ci idə TAİB-in növbəti tədbiri Naxçıvan Dövlət Universiteti ilə birgə reallaşdırılıb: “Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş, “Ulu Öndər Heydər Əliyev və Türk dünyası” mövzusunda elmi-praktik konfrans da zəngin proqramı ilə yadda qalıb. Konfrans çərçivəsində ali təhsil ocağının İncəsənət fakültəsində “Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi və təbliği” adlı sərgiyə baxış keçirilib. Üç hissədən ibarət olan sərgidə Ümummilli Liderin əziz xatirəsinə ehtiram əlaməti olaraq 99 sayda kitab, elmi əsər və konfrans materialları nümayiş olunub. Fakültənin sərgi salonunda İncəsənət fakültəsinin müəllim və tələbələrinin sənət əsərlərindən ibarət sərgidə rəngkarlıq, heykəltaraşlıq, tikmə, böyük stenddə Ulu Öndərin güllərdən hazırlanmış portreti və imzası olmaqla, ümumilikdə, 50-yə yaxın əl işi nümayiş olunub.
TAİB-in Naxçıvana səfər etmiş nümayəndə heyətində millət vəkilləri də olub”.
Şərafət Şəfa əlavə edib ki, TAİB-in 2022-ci ildə sayca üçüncü konfransı 28 May Respublika Günü münasibətilə Azərbaycan Dövlət Aqrar Universiteti ilə birgə Cümhuriyyətin ilk paytaxtı Gəncə şəhərində reallaşdırılıb. Konfransda TAİB-in nümayəndə heyəti, Universitet rəhbərliyi, şəhər ictimaiyyətinin nümayəndələri, müəllim və tələbə heyəti iştirak edib: “Tədbirdə TAİB İdarə Heyətinin üzvləri mövzu ilə bağlı geniş məruzələrlə çıxış ediblər.
Gəncəyə səfər çərçivəsində şəhərin tarixi-memarlıq abidələri, mədəniyyət ocaqları və dahi Nizaminin məğbərəsi də ziyarət olunub”.
Onun sözlərinə görə, TAİB-in İdarə Heyətinin üzvləri həmçinin Qırğızıstanın paytaxtı Bişkek şəhərinə səfər ediblər. TAİB və Qırğızıstan-Türkiyə “Manas” Universitetinin birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş, “Tarix yazan liderlər” mövzusunda konfrans təşkil olunub: “TAİB İdarə Heyətinin üzvü olan Azərbaycan millət vəkillərinin də qatıldığı konfransda Ulu Öndər Heydər Əliyevin türk xalqları arasında əlaqələrin inkişafına verdiyi töhfələrdən və Prezident İlham Əliyevin Türk Dövlətlərinin birliyi yönündə atdığı tarixi addımlardan geniş şəkildə bəhs olunub.
TAİB nümayəndələri səfər çərçivəsində Azərbaycanın Qırğızıstandakı səfiri, yerli ictimaiyyət nümayəndələri, eləcə də Qırğızıstan-Türkiyə “Manas” Universitetinin rəhbərliyi ilə ayrıca görüşlər də keçirərək günümüzün aktual mövzuları ətrafında müzakirələr aparıblar”.
O, bildirib ki, türk dünyasının fikir və söz adamlarının təbliğ olunmasını xüsusi əhəmiyyətli istiqamət kimi özünün fəaliyyət proqramında əks etdirən TAİB 20.10.2022-ci il tarixində Qax rayonunda yerli İcra Hakimiyyəti və Dünya Türkologiya Mərkəzilə birgə böyük türk şairi və filosofu Yunus Əmrəyə həsr olunmuş, “Yunus Əmrə sözünün Türk özünüdərkinə təsiri” mövzusunda elmi-praktik konfrans təşkil edib: “Konfransda TAİB və Qax rayonu İcra Hakimiyyətinin rəsmiləri, tanınmış alimlər, ədəbi-bədii cameənin təmsilçiləri, rayonun ictimaiyyət nümayəndələri və gənclər iştirak edib.
Səfər zamanı TAİB nümayəndələri Qaxda Ulu Öndər Heydər Əliyevin abidəsini, Şəhidlər Xiyabanını və Yunus Əmrənin ehtimal olunan məzarını da ziyarət ediblər”.
Ş.Şəfa əlavə edib ki, 07.11.2022-ci ilin noyabr ayında TAİB nümayəndələri Özbəkistanın paytaxtı Daşkənd şəhərinə səfər ediblər: “Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə “Azərbaycanın Qarabağ Zəfəri türk dünyası tarixinin şanlı səhifəsidir” adlı konfrans keçirilib. Konfransda Azərbaycan Milli Məclisinin deputatları Ramil Həsən, Müşfiq Cəfərov, Türk Ağsaqqalları Birliyinin sədri, akademik Sudeyif İmamverdiyevin rəhbərliyi ilə qurumun nümayəndə heyəti, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, eləcə də jurnalistlər iştirak ediblər.
Konfransdan əvvəl iştirakçılar, əvvəlcə ulu öndər Heydər Əliyevin Mərkəzin qarşısındakı abidəsi önünə və Vətən müharibəsi şəhidlərinə həsr edilmiş abidə kompleksinə əklil, gül dəstələri qoyublar.
TAİB nümayəndələri səfər çərçivəsində Azərbaycanın Özbəkistandakı səfri, Türkiyənin bu ölkədəki səfiri, Özbəkistan Parlamentinin rəhbərliyi, Ağsaqqallar Şurasının nümayəndələri və yerli ictimaiyyət nümayəndələri ilə görüş keçirib, türk xalqları arasında əlaqələrin inkişafına vətəndaş cəmiyyəti institutlarının verə biləcəyi töhfələrə dair geniş müzakirələr aparıblar. Bundan başqa, görüşlər Özbəkistanın aparıcı ali təhsil ocaqlarının rəhbərtliyi ilə də keçirilib”.
Ş.Şəfanən sözlərinə görə, TAİB nümayəndələrinin 2020-ci ildə yekun səfəri qardaş Türkiyənin paytaxtı Ankaraya olub: “Burada TAİB nümayəndələri Anakara Universiteti, Qazi Universiteti, Türkiyənin dövlət qurumları və aparıcı qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüşlər keçirib, 2023-cü ildə TAİB-in təşkilatçılığı ilə Türkiyədə keçiriləcək “Heydər Əliyev 100” konfransı ilə bağlı müzakirələr aparıblar. Görüşlərdə TAİB nümayəndələrinə yüksək diqqət göstərilib və səmimi söhbət aparılıb.
Türkiyə Qazi Universiteti TAİB-ə ehtiram nümayişi olaraq Orman Bölgə Müdirliyi ilə birgə həyata keçirilən yaşıllaşdırma layihəsi çərçivəsində TAİB-in adıçəkilən təhsil ocağını ziyarət etmiş nümayəndələrinin hər birinin adına Ankarada ağac əkilməsini də təşkil edib”.
O, bildirib ki, 2022-ci ildə konfranslarla yanaşı, TAİB-in mərkəzi ofisində müxtəlif əlamətdar tarixlərlə bağlı tədbirlər, müzakirələr və Türk ölkələrindən gəlmiş tanınmış şəxslərlə görüşlər də təşkil olunub: “Bundan başqa, TAİB üzvləri, Ulu Öndər Heydər Əliyevin anadan olduğu tarixdə və anım günündə Fəxri Xiyabanı, 20 Yanvar faciəsinin öldünümündə Şəhidlər Xiyabanını, 15 sentyabr Bakının daşnak qüvvələrindən azad edilməsi münaqsibətilə isə Türk Şəhidliyini ziyarət ediblər.
TAİB-in seçkili orqanları – İdarə Heyəti, Qadınlar Şurası, Gənclər Təşkilatı və Təftiş Komissiyasının iclas, toplantıları da 2022-ci il üçün nəzərdə tutulan fəaliyyət proqramına uyğun şəkildə keçirilib. TAİB İdarə Heyətinin üzvləri ötən il müxtəlif mədəni tədbirlərdə də iştirak ediblər”.
Şərafət Şəfa əlavə edib ki, bu il gənclər gün ilə bağlı təşkilatın ofisində tədbir keçirilib: “Həmçinin Qardaş Türkiyədə baş verən zəlzələ ilə bağlı anım mərasimi baş tutub. Hər iki tədbirə çoxsaylı ictimai siyasi xadimlər, millət vəkilləri, həmçinin gənclər atılıblar. Eyni zamanda Türkiyəyə yardım göndərmişik.
Biz vətəndaş cəmiyyətinin effektiv fəaliyyətinin nə qədər zəruri olduğunu anlayırıq. Bundan sonra da bu istiqamətdə fəaliyyətimiz davamlı olacaq. Həm ölkə daxilində, həm də ölkə xaricində layhələr həyata keçirəcəyik”.
Əli
“Xalq cəbhəsi” qəzeti