“Vikipediya”nın özbək dilində Azərbaycanla bağlı yaradılan məqalələrin təqdimatı keçirilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, “İslahatçı Gəncələr” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Daşkənd şəhərində keçirilən “Azərbaycan-Özbəkistan Gənclərinin Dostluq Əməkdaşlıq Forumu” çərçivəsində “Vikipediya” özbək dilində Azərbaycana dair yaradılan bölmələrin təqdimatı olub.

Bunu Agsaqqallar.com -a açıqlamasında Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi – TAİB-in Beynəlxalq əlaqələr üzrə sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk deyib.

Qeyd edək ki, “Vikipediya”ya Beynəlxalq Elektron Ensiklopediyanın dünyanın ən böyük məlumat bazası kimi milyonlarla insanın müraciət etdiyi ilkin mənbə olması və bu Ensiklopediyada dünyanın əksər dillərində məlumatların mövcud olmasını nəzərə alaraq, Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi sözügedən nəhəng layihəyə start verib.

Öncə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov İnternetdə, elektron və çap mediada Azərbaycana dair Özbək dilində məlumatların zənginləşdirilməsi, bu istiqamətdə Özbək mətbuatı ilə yaradılan sıx əməkdaşlıq əlaqələri, həyata keçirilən layihələr barədə məlumat verib. Diplomat 2016-cı ildə “Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasında aparılan monitorinq nəticəsində məlum Azərbaycana dair Özbək dilində məlumatların olduqca az, qeyri-obyektiv və tələblərə cavab vermədiyini bildirib.
Azərbaycan Mədəniyyət Mərkəzinin informasiya dəstəyi, habelə “Vikipediya” könüllülərinin iştirakı ilə Beynəlxalq Elektron Ensiklopediyada Azərbaycana dair Özbək dili versiyasının yaradılması işinə start verilib.
Ötən 6 ildə Özbəkistanda “Vikipediya” könüllüləri tərəfindən məlumatların seçilməsi, sistemləşdirilməsi, tərcüməsi və onlayn Ensiklopediyada yerləşdirilməsi həyata keçirilmişdir. Layihə çərçivəsində İnternetdə Azərbaycana dair özbək dilində informasiya əldə etmək istəyən hər bir istifadəçi ölkəmizə dair dolğun və obyektiv məlumat əldə etmək imkanı qazanmışdır.
Daha sonra tədbir iştirakçılarına Azərbaycan Mədəniyyət Mərkəzinin saytında «Azərbaycan Vikipediyada» adlı bölmədə yerləşdirilmiş və Özbək dilində yaradılmış məqalələr təqdim edilib.
Azərbaycan Mədəniyyət Mərkəzinin inspektoru Kərimulla Məmmədzadə hazırlanmış xüsusi təqdimatı nümayiş etdirmişdir.

Qeyd olunmuşdur ki, ötən dövr ərzində “Vikipediya” Beynəlxalq Elektron Ensiklopediyasında Özbək dilində Azərbaycan dövlətçiliyi, tarixi, mədəniyyətinə dair Ozarbayjon, Ozarbayjon Demokratik Respublikasi, Haydar Aliyev, Ilhom Aliyev, Mehribon Aliyeva, Haydar Aliyev jamgʻarmasi, Laylo Aliyeva, Ozarbayjon xalqining Milliy najot kuni, Asr shartnomasi, Ozarbayjon madaniyati, Qiz qalʼasi, Kelag‘ayi, Ozarbayjon ashug san’ati, Kitobi dadam Qoʻrqut, Ko‘ro‘gli dostoni, Ozarbayjon kinosi, Ozarbayjon oshxonasi, Davlat bayrogʻi maydoni, Icheri-sheher, Ateshgyax, Kobuston davlat tarixiy-badiiy qo‘riqxonasi adlı bölmələr istifadəyə verilmişdir.

Bundan başqa, Ermənistanın Azərbaycana təcavüzü, torpaqlarımızın işğalı, həyata keçirdiyi soyqırım siyasətinə dair yaradılmış Mart genotsidi, Qora yanvar, Qorabogʻ mojarosi, Qorakent fojiasi, Xodjali genotsidi, Xonkandi, Zangezur, Gubadli tumani, Irevan Davlat Ozarbayjon Drama Teatri, Shusha tumani, Xaribulbul musiqa festivali, Fuzuliy tumani, Agʻdam tumani, Jabrayil tumani, Xudaferin koʻpriklari, Shusha Davlat Tarixiy-Meʼmoriy Qoʻriqxonasi, Lachin, Kalbajar, Iravan xonligi, Qorabogʻ, Susuzlug qishlogʻi yaqinida portlash, Polad Hoshimov başlıqlı məqalələr onlayn istifadəçilərə təqdim edilib.

Yaradılmış bölmələrdə Azərbaycanın tanınmış elm, mədəniyyət, ədəbiyyat xadimləri haqqında məqalələ üstünlük verilmiş Nizomiy Ganjaviy, Muhammad Fuzuliy, Imomiddin Nasimiy, Said Azim Shirvoniy, Mirzo Alakbar Sobir, Jalil Mammadqulizoda, Husayn Jovid, Xurshudbonu Natavon, Narimon Narimonov, Abdurahimbek Haqberdiyev, Uzeyir Hajibeyov, Mikayil Mushfig, Xon Shushinskiy, Fikret Amirov və başqa ədiblərimizə dair yaradılmış məqalələr nümayiş etdirilib.
Təqdimatda iştirak edən Özbək gənclər layihəyə və yaradılmış bölmələrə dair suallar səsləndiriblər.
Vurğulanıb ki, qeyd olunan bu bölmələr üzrə Özbək dilində informasiya əldə etmək istəyən hər bir istifadəçi buradan ölkəmizə dair dolğun və obyektiv məlumat əldə edə bilər.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR