Milli Məclisin deputatları Türkiyənin Azərbaycandakı Səfirliyində olublar

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu gün Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Musa Quliyev, Arzu Nağıyev və TAİB-in İdarə Heyətinin üzvü Hikmət Babaoğlu Türkiyənin Azərbaycandakı Səfirliyində olublar.

Agsaqqallar.com xəbər verir ki, səfir Cahid Bağçıyla görüşən millət vəkilləri qardaş ölkədə baş vermis zəlzələdən dolayı dərin üzüntü və kədər içində olduqlarını bildiriblər.

“Bu dəhşətli zəlzələ bizi çox sarsıtdı. Yəni, hər birimizə böyük mənəvi əzab verdi. Biz qardaşlarımızın dərdinə şərikik. Yaralılara tezliklə Allahdan şəfa diləyirik. Tanrı bir daha millətimizə belə ağır faciələr yaşatmasın. Prezident İlham Əliyevin söylədiyi kimi Türkiyə-Azərbaycan bir yumruqdur, bir ürəkdir, bir candır!” -deyə millət vəkilləri bldiriblər.

Sonda ziyarətçilər matəm kitabına öz ürək sözlərini yazıblar.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR