TAİB sədri, akademik Südeif İmamverdiyev: “Biz hər zaman qardaş Türkiyənin yanındayıq, hər zaman da olacağıq!” -FOTO

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi -TAİB-in sədri və İdarə Heyətinin üzvləri qardaş ölkədə çoxsaylı insan tələfatı ilə nəticələnən dəhşətli zəlzələ ilə bağlı Türkiyənin Bakıdakı səfirliyini ziyarət ediblər.

Səfirliyin önündə yaradılmış guşənin qarşısına əklil qoyaraq, zəlzələ zamanı həlak olanların xatirəsini ehtiramla yad ediblər.

TAİB sədri akademik Südeif İmamverdiyev jurnalistlərə açıqlamasında bildirib ki, qardaş ölkədə baş verən dəhşətli zəlzələ xəbəri bütün Azərbaycan xalqını sarsıdıb.

“Təşkilatımızın bütün üzvləri dərin kədər hissi ilə qardaş Türkiyəyə yardım edirlər. Türkiyədə baş vermiş zəlzələ ilə bağlı Azərbaycan qardaş ölkəyə ilk yardım əlini uzadan ölkə oldu. İlk andan Azərbaycan prezidenti cənab İlham Əliyev Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğana başsalığı verdikdən sonra, Azərbaycanın hər cür yardıma hazır olduğunu bildirdi və elə o gün möhtərəm prezidentimizin tapşırıqlarına əsasən Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı fəlakət bölgəsinə göndərildi. Hazırda 700-dən yuxarı xilasedici zəlzələ zonasındadır. Bakıda Yardım Mərkəzi yaradıldı, Heydər Əliyev Fondu tərəfindən yardım kampaniyası başladıldı. Biz də bu yardımlaşmaya qoşularaq, mərkəzi ofisimizdən Türkiyədə dağıdıcı zəlzələdən zərərçəkənlərə isti geyim, ərzaq, lazımi əşyalar göndərdik.
Bu ağır bir faciədir. Bütün türk dünyasından qardaş Türkiyəyə yardımlar axır.
Biz hər zaman qardaş Türkiyənin yanındayıq, hər zaman da olacağıq! Bu birlik, bərabərlik əbədidir.
Bir daha təşkilat adından zəlzələdə həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik”– deyə TAİB sədri vurğulayıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR