" />

TAİB-in İdarə Heyətinin üzvünün təşəbbüsü ilə qanvermə aksiyası keçiriləcək

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB-in İdarə Heyətinin üzvü, Turan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Sabir Tağıyev TAİB-də “Kədəriniz kədərimizdir, Türkiyə!” adlı keçirilən anım mərasimində “Türkiyəli qardaşlara qan verək” təklifilə çıxış etmişdi.

Agsaqqallar.com bildirir ki, ağsaqqalın təklifi əlaqədar qurumlarda dəyərləndirilib.

13.02.2023-cü il saat 09:00-da Abşeron Rayon Mərkəzi Xəstəxanasında Mərkəzi Qan bankının və xəstəxananın birgə layihəsi ilə qardaş Türkiyədə baş vermiş zəlzələ zamanı xəsarət almış soydaşlarımız üçün qanvermə aksiyası baş tutacaq.

Aksiyada TAİB-in İdarə Heyətinin, Qadınlar Şurasının, Gənclər Təşkilatının üzvləri də iştirak edəcəklər.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR