" />

Belçikanın türkəsilli deputatı: “İlham Əliyev Avropa türklərinin qəlbində bir qəhrəmandır”- EKSKLÜZİV

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Bu böyük fəlakətdir və təkcə Türkiyənin deyil, bəşəriyyətin faciəsidir. Dağıntılar nə qədər böyük olsa da biz bu problemi də həll edəcəyik. Böyük türk milləti olaraq əzmimiz buna imkan verir”.

Bu sözləri Missiya.Az-a açıqlamasında Belçika parlamentinin deputatı Şevket Temiz bildirib.

Ş.Temiz əlavə edib ki, Can Azərbaycanın ilk gündən Türkiyənin yanında olması bizi qürurlandırdı: “Qardaşlığın başqa nümunəsi ola bilməz. Zəlzələ bölgəsində yetişən ilk can Azərbaycanımız oldu. Buna təlimat verən Azərbaycan Prezidenti İlham Əliyev cənablarına, Azərbaycan xalqına sonsuz təşəkkür edirəm. Dəstəyiniz möhtəşəmdir”.

Deputat “Azərbaycanın dəstəyi bizi qürurlandırdığı kimi, eyni zamanda duyğulandırdı. Sosial şəbəkələr üzərindən Azərbaycan xalqının dəstəyini izləyirik və göz yaşlarımızı saxlaya bilmirik. Dövlət və xalq olaraq Türkiyənin yanındasınız.

Bu həm də acı günümüzdə yalnız olmadığımızı göstərir. Bu həm də mənəvi dəstəkdir və bizim ayaqda dayanmağımız üçün çox önəmlidir. Prezident İlham Əliyev digər türk dövlət başçılarına örnək oldu. Əsl qardaşlıq, dostluq belə olur. İlham Əliyev Avropa türklərinin qəlbində bir qəhrəmandır. Avropa türk icması İlham Əliyevi çox sevir və dəyər verir. Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın Türkiyəyə böyük dəstək göstərdiyini diqqətlə izləyirik. Bu xalq və dövlətin birliyinin təzahürüdür”, – deyə əlavə edib.

O, həmçinin Belçikada yardım mərkəzi qurulduğunu bildirib: “Belçikada mərkəz qurmuşuq. Zəlzələ bölgəsinə şərəflə çıxacağıq”.

Əli İbrahimli

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR