Türkiyəli nazir: “Zəlzələdən 13,5 milyon vətəndaşımız zərər görüb”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Kahramanmaraş zəlzələsindən ümumilikdə 13,5 milyon vətəndaşımız zərər görüb”.

Agsaqqallar.com “Report”a istinadən xəbər verir ki, Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Türkiyədə baş verən dağıdıcı zəlzələnin nəticələri ilə bağlı danışarkən bildirib.

Nazir deyib ki, zəlzələnin təsiri nəticəsində 5 757 bina dağılıb.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə dəhşətli zəlzələ olub. Nəticədə azı 3 381 nəfər ölüb, 20 426 nəfər yaralanıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR