“Hazırda əsas məsələ zərərçəkənlərə yardım edilməsi, həmçinin birlik və bərabərliyin qorunmasıdır” – Ramin Əhmədov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Qardaş Türkiyədə baş verən zəlzələ hamımızı dərindən sarsıtdı. Böyük dağıntılar, insan tələfatı, yaralılar və dağıntılar altında qalanlar var. Bütün dar günlərdə olduğu kimi bu gün də dövlət və xalq olaraq qardaşlarımızın yanındayıq”.

Bunu Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin (TAİB) təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov bildirib. Ramin Əhmədov əlavə edib ki, qardaş ölkə növbəti ağır sınaqla üz-üzədir: “Təbii ki, durum ciddidir, Türkiyənin bir sıra bölgələrini əhatə edən irimiqyaslı təbii fəlakətdən söhbət gedir. Amma inanırıq ki, Türkiyəmiz Azərbaycan başda olmaqla dost və qardaş ölkələrin də dəstəyi ilə bu ağır sınaqdan da üzüağ çıxacaq. Hazırda əsas məsələ zərərçəkənlərə yardım edilməsi, həmçinin birlik və bərabərliyin qorunmasıdır.

Bilirsiniz ki, Cənab Prezident qardaş ölkədə təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına dəstək üçün əlaqədar qurumlara tapşırıq verib. Eyni zamanda Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana zəng edərək Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini deyib.

Cənab Prezident həmçinin ölkəmizin Türkiyənin bu dərdinə şərik çıxdığını, Azərbaycan və Türkiyənin hər zaman bir-birinin yanında olduğunu bildirib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri fəlakət bölgəsindədir və Cənab Prezidentin dediyi kimi qardaş ölkəyə hər cür yardım göstəriləcək.
Hər zaman olduğu kimi qardaşlarımızın yanında olacaq və əlimizdən gələn köməkliyi əsirgəməyəcəyik.

Bir daha həyatını itirənlərə Allahdan rəhmət diləyir, dağıntılar altında qalanların tez bir zamanda xilas edilməsini, yaralıların öz sağlamlıqlarına qovuşmasını arzu edirik!”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR