Şimali Kiprdə 7 günlük matəm elan edilib
Şimali Kipr Türk Respublikasında Türkiyədə zəlzələ zamanı çoxsaylı insan tələfatı ilə bağlı 7 günlük matəm elan edilib.
Agsaqqallar.com xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının lideri Ersin Tatar tviter hesabında paylaşım edib.
“Allah millətimizə qüvvət versin. Allahdan həyatını itirən qardaşlarımıza rəhmət, yaralananlara şəfa diləyirəm”, – Ersin Tatar tviter hesabında yazıb.