Özbəkistan Türkiyəyə 100 nəfərdən ibarət xilasetmə qrupu göndərib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Özbəkistan Türkiyədə baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə xilasetmə qrupunu qardaş ölkəyə yola salıb.
Agsaqqallar.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin Administrasiyası məlumat yayıb.
Qeyd edilib ki, Prezident Şavkat Mirziyoyevin göstərişi ilə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin 100 nəfərlik xilasetmə qrupu, xüsusi maşın və avadanlıqlar, habelə humanitar yardım materialları daşıyan təyyarə Daşkənd hava limanından havaya qalxıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR