Azərbaycanın İstanbul və Qars baş konsulluqlarında qaynar xətt yaradılıb
Türkiyədəki zəlzələ ilə bağlı Azərbaycanın İstanbuldakı və Qarsdakı baş konsulluqlarında qaynar xətt yaradılıb.
Agsaqqallar.com AZƏRTAC-a isinadən xəbər verir ki, bu barədə məlumat konsulluqların sosial şəbəkə hesablarında yer alıb. Kahramanmaraş və ətraf vilayətlərində baş vermis zəlzələ nəticəsində zərərçəkən Azərbaycan vətəndaşları +90 536 613 86 48, Adıyaman, Diyarbakır, Şanlıurfa və Malatya vilayətlərində zərər çəkmiş soydaşlarımız isə +90 552 780 14 18 və +90 507 589 30 11 nömrələri ilə telefon əlaqəsi saxlaya bilərlər.