Gənclərin TAİB-ə marağı artır- Daha bir gənclər təşkilatından əməkdaşlıq təklifi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi – TAİB-in sıraları hər gün daha da genişlənir.

Rəhbərlik tərəfindən yaradılan şərait diqqəti cəlb edir.
Agsaqqallar.com xəbər verir ki, TAİB-də Gənclər Təşkilatı formalaşıb. Gənclər Təşkilatında Vətəninə, xalqına, dövlətinə və dövlətçiliyə bağlı, sağlam əqidəli, ictimai-fəal gənclər fəaliyyət göstərir. Gənclərin bilik və bacarıqlarını nümayiş etdirdiyi bu məkan başqa gənclər təşkilatlarının da diqqətini özünə cəlb edir. Bir çox təşkilatlardan əməkdaşlıq istəkləri gəlir, gənc üzvlərin sayı isə durmadan artır.

TAİB-in növbəti qonağı Milli Mənafe Təşkilatının sədri, ictimai-fəal, istedadlı, vətənpərvər, mübariz gəncimiz Nurel Kərimli idi.

TAİB-in sədr müavinləri Eyvaz Hünbətov, Elnur Eltürk və Şərafət Şəfa tərəfindən hörmətlə qarşılanan Nurel Kərimli söhbətində bildirib ki, uzun müddətdir TAİB-in fəaliyyətini izləyir.

“Gənclərə yaradılan şərait, ömürlərini dövlət qulluğuna həsr etmiş müdrik ağsaqqalların tövsiyyələrindən bəhrələnmələri həm stimul, həm də layihələrə istiqamətverici qüvvə kimi diqqətimizi cəlb etdi. Biz də TAİB-in Gənclər Təşkilatı ilə əməkdaşlığa maraqlıyıq. Düşünürəm ki, həyata keçirəcəyimiz ortaq layihələr daha səmərəli olar”-deyə Nurel Kərimli vurğulayıb..

TAİB-in İdarə Heyətinin üzvü, sədr müavini Eyvaz Hünbətov qonağa təşkilatın nizamnaməsindən, gördüyü işlərdən, həyata keçirdikləri layihələrdən bəhs edib. Bildirib ki, ağıllı, əqidəli, vətənpərvər hər bir gənc üçün TAİB-in sıralarında yer var.

Qeyd edək ki, bu yaxınlarda İdarə Heyətinin qərarı ilə TAİB-in Gənclər Təşkilatı ilə Milli Mənafe Təşkilatı arasında əməkdaşlıq müqaviləsi imzalanacaq.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR