Tovuz rayonunda “Bütöv Azərbaycan Naminə!” Türk Gənclərinin I Forumu keçiriləcək- TAİB Gənclər Təşkilatı və Əbədi Birlik GİB yeni layihəyə start verdi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB-in Gənclər Təşkilatı və Əbədi Birlik Gənclər İB birlikdə regionlardakı gənclər təşkilatları ilə birgə tədbirlərə start verdilər. Bildiyimiz kimi iki qardaş təşkilatın gəncləri birlikdə böyük uğurlara imza atırlar.

Yeni layihə barədə Agsaqqallar.com saytına açıqlama verən Əbədi Birlik Gənclər İB-nin sədri Şahin Əliyev bildirib ki, gənclər üçün ümumtəhsil müəssələrində tarix kitablarından müəyyən qədər türkçülüklə bağlı nəzəri biliklər öyrədilsə də, bununla bağlı layihələr azlıq təşkil edir.

“TAİB-in Gənclər Təşkilatı ilə birgə bu problemin həlli yolu kimi region gənclərilə də əlaqələrimizi genişləndirək. “Bütöv Azərbaycan naminə” adlı layihə ilə ilk tədbirimizi Tovuzdan başlayırıq. Əbədi Birlik GİB, TAİB Gənclər Təşkilatı və GİKM Tovuz nümayəndəliyi tərəfindən 7 fevral 2023-cü il tarixində Tovuz rayonunda “Bütöv Azərbaycan Naminə!” Türk Gənclərinin I Forumu keçiriləcək. Bu işdə bizə dəstək verən hər bir kəsə minnətdarıq. Ümidvarıq ki, atdığımız bu addım bütün dünya azərbaycanlı gəncliyini ətrafımıza cəm edəcək. Çünki hər bir işimizdə Bütöv Azərbaycan sevdası, Vətən sevgisi var!”-deyə təşkilat sədri vurğulayıb.

Qeyd edək ki, hər iki təşkilatın gəncləri Laçın-Xankəndi yolunda keçirilən dinc aksiyanın uzun müddətli iştirakçılarıdır.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR