TAİB-in GT sədr müavini Daşqın Həsənov: “İran beynəlxalq aləmdən təcrid olunur – Molla rejimi Azərbaycanı da itirdi”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Tehrandakı Azərbaycan səfirliyinə edilən hücumun arxasında İran rejiminin dayandığını yayılan videokadrlardan aydın müşahidə etmək mümkündür. Bununla yanaşı hər gün Azərbaycan əleyhinə bəyanatlar səsləndirən İranın “Səhər” telekanalının terrorçudan müsahibə alması cənub qonşumuzun bizə qarşı çirkin niyyətlərini bir daha ortaya qoymuş oldu.

Şəhidimiz Orxan Əsgərovun cənazəsinin Azərbaycana gətirilməsi zamanı süni əngəllərin törədilməsi, İran rəsmilərinin törədilən terror aktının “ailə münaqişəsi” zəminində baş verdiyini tirajlamağa başlaması molla rejiminin növbəti yalanından və xainliyindən başqa bir şey deyil.

Bir neçə ay bundan öncə sosial şəbəkələrdə yayılan görüntülərdə SEPAH-la əlaqəli şəxslərin Azərbaycanın Tehrandakı səfirliyinə hücum edərək səfirimizi öldürməklə hədələmələri bu planın çoxdan hazırlandığını isbat edir.

Əgər həmin hadisə “ailə-məişət” münaqişəsi zəminində baş veribsə, terrorçu niyə Ermənistan səfirliyinə və İranın dövlət qurumlarının binalarına deyil, məhz Azərbaycan səfirliyinə hücum edib? Hadisədən sonra Tehranın polis rəisini işdən çıxarmaqla bir növ İran bu hadisədə əlinin olmadığını ifadə etməyə çalışdı. Ancaq videokadrlardan binanı mühafizə edən polisin səhlənkarlığı və terrorçunun ard-arda səfirliyə hücumunda molla rejiminin əlinin olduğunu sübut etmiş oldu.

Əgər Tehran rejiminin iddia etdiyi kimi hadisə terror aktı deyilsə və bunda onların əli yoxdursa, o zaman İran həmin hadisənin araşdırılması üçün Azərbaycan dövlətinin hüquq-mühafizə orqanlarından ibarət istintaq qrupunu Tehrana dəvət edə bilər. İki ölkənin birgə istintaq qrupunun hazırladığı materialdan sonra həmin hadisədə Tehran rejiminin əlinin olub-olmaması aydın olacaq. Əlbəttə ki, İranın belə bir istintaq qrupunun yaradılmasına imkan verəcəyi ehtimalı minumuma bərabərdir.
Hesab edirik ki, bu hadisənin istintiqanın tam şəffaflığı ortaya çıxmadığı müddət ərzində Tehran rejimi ilə bütün əlaqələr dondurulmalıdır. Azərbaycan Xarici İşlər Nazirliyi İrana səyahət etmək istəyənlərə etdiyi xəbərdarlıqda İran İslam Respublikasındakı qeyri-sabit vəziyyət və ölkəmizin diplomatik nümayəndəliyinə qarşı törədilmiş terror aktı nəzərə alınmaqla, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İrana səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri, eyni zamanda hazırda İranda olan vətəndaşlarımıza mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri tövsiyə olundu.

Bu xəbərdarlıqdan sonra İran Azərbaycanın həssas olduğunu anlamağa başlayacaq.

Tarixi fakt ondan ibarətdir ki, Azərbaycan İrandan fərqli olaraq, həmişə mehriban qonşuluq siyasəti yürüdüb. Bütün bunlara baxmayaraq İranın cinayətkar molla rejimi Azərbaycanın humanizm siyasətindən istifadə edərək, bizə qarşı təhdid dolu çıxışlar edib. Rəsmi Bakı indiyə kimi İranın çirkin siyasətinə qarşı humanist siyasət aparırdısa, çox ehtimal ki, bundan sonra belə bir şey olmayacaq. Çünki, Tehranda səfirliyimizə qarşı törədilən terror hadisəsi səbrimizi daşıran son damla oldu.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR