Qazaxıstanın Rusiyadakı səfirliyi Moskvadakı diplomatik nümayəndəliyimizə nota göndərib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Qazaxıstan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə edilmiş silahlı hücumla bağlı ölkəmizin Moskvadakı diplomatik nümayəndəliyinə nota göndərib.

Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyindən Trend-ə veilən məlumata görə, notada bildirilir ki, Qazaxıstanın Rusiyadakı Səfirliyi baş vermiş silahlı hücum nəticəsində həyatını itirmiş Orxan Əsgərovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralanmış Vasif Tağıyev və Mahir İmanova isə şəfalar diləyir.

Bundan əlavə, qeyd olunur ki, dinc insanlara, o cümlədən xaricdə diplomatik xidmətdə olan şəxslərə qarşı istənilən silahlı hücum beynəlxalq hüququn prinsiplərinə və insan mənəviyyatına ziddir.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR