Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda ilin qalibi seçilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Özbəkistanda keçirilən “İlin seçimi-2022” müsabiqəsində Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi qalib olub.

Agsaqqallar.com xəbər verir ki, Daşkənddəki Əlişir Nəvai adına Panorama Kino sarayında təşkil olunan mükafatlandırma mərasimində müsabiqənin nəticələri elan edilib.

Özbəkistanda fəaliyyət göstərən xarici ölkələrə aid təşkilatlar arasında “İlin ən fəal Mədəniyyət Mərkəzi” nominasiyasının qalibi Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi seçilib. Bununla bağlı diplom Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasova təqdim edilib.

Özbəkistanda fəaliyyət göstərən “İlin ən fəal Səfirliyi” nominasiyası üzrə qalib Türkiyə Respublikasının Səfirliyi olub. Müsabiqəyə əsasən Özbəkistanda “İlin ən fəal dövlət qurumu” Gənclərlə İşlər Agentliyi, “İlin ən yaxşı vilayət hakimiyyəti, dövlət qurumu” Səmərqənd Vilayət Hakimiyyəti, “İlin ən fəal deputatı” Özbəkistan Ali Məclisinin deputatı Rəsul Kuşarbayev layiq görülüb.

Tədbirin sonunda yaradıcı heyətlər müxtəlif çıxışlarla öz bacarıqlarını nümayiş etdiriblər.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR