" />

TAİB-in sədr müavini, professor Eyvaz Hünbətov: “Molla rejimi çabaladıqca batır – Bu ilk deyil!”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB-in sədr müavini, professor Eyvaz Hünbətov: “Molla rejimi çabaladıqca batır – Bu ilk deyil!”

“İranın əmmaməli, əllaməli molla rejimi bu ölkədəki diplomatik nümayəndəlikləri qorumaq iqtidarında olmadıqlarını göstərdilər bir daha. 27 yanvar səhər saatlarında səfirliyimizə olunan təcavüz məişət zəminində deyil, düpədüz terrordur və möhtərəm prezidentimiz də bunu vurğuladı öz çıxışında”.

Bu sözləri Agsaqqallar.com saytına açıqlamasındaTAİB-in sədr müavini, professor Eyvaz Hünbətov deyib.

O, bildirib ki, 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər düşmənlərin yatağına qor doldurub və ondan sonra Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə hücumlar geniş vüsət almağa başlayıb.

“İran hakimiyyəti unudur ki, Türkü heç bir vəhclə qorxuza bilməz. Terrorçunun üstünə yalın əllə gedib onu zərərləşdirən oğlumuza baxarkən bunu bir daha anlamalıdırlar. Son zamanlar iki ölkə arasındakı gərginliyi yumşaltmaq əvəzinə, odun üstünə körüklə getdilər. Atalarımızın yaxşı bir sözü var, öfkəylə qalxan, zərərlə oturar. İran dövləti məsuliyyətdən boyun qaçırır. Fərziyələrlə dolu müsahibə, açıqlamalar verir. Terroru ailə-məişət zəminində baş vermiş insident kimi təqdim edir. Bircə şeyi unudur! Unudur ki, “Dəmir Yumruq” yerindədi hələ! Belə qalmaz!”

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR