TAİB-in Qadınlar Şurasının sədri, tarix elmlər doktoru Güllü Yoloğlu: “Səbrimizi sınağa çəkən hərəkətlərin daha biri – Məsələ bu reaksiya ilə bitməyəcək”
TAİB-in Qadınlar Şurasının sədri, tarix elmlər doktoru Güllü Yoloğlu:
“Səbrimizi sınağa çəkən hərəkətlərin daha biri – Məsələ bu reaksiya ilə bitməyəcək”
“44 günlük müharibə vaxtı gözü Putinin ağzında qalan molla rejimi qələbəmizi həzm edə bilməmək bir yana, Zəngəzur dəhlizinin gerçəkləşəcəyindən də narahat olmağa başladı. Artıq sülh müqaviləsini imzalamağa yaxın olan Paşinyan bir anda fars bacılarından aldığı dəstəklə geri çəkildi və fransız Makronun ürək-dirək verməsi, amerikalı Pelosinin göz yaşları ilə itirilmiş şərəf və ləyaqətini bərpa edəcəyinə ümidi artdı. Rusiyanın xüsusi əməliyyatının aylarla çəkməsi, başının öz problemlərinə qarışması, bir anda İranda özünü bölgənin supergüc hiss etməsinə gətirib çıxartdı. Əslində əbədi dostu Rusiyaya bu sərf edir. Azərbaycanın başını qatmaq, hələ qalib gəlmədiyini sübut etmək üçün dəridən, qabıqdan çıxan ermənilərin qərb havadarları da status məsələsini gündəmdə saxlamağın vacib olduğunu vurğulayırlar. Əslində qərbin öz sərhədlərinə bu qədər yaxınlaşmaq istəyi İranın xoşuna gəlməsə də, kanalizasiya suyunda boğulan erməni bacılarını suyun üstündə tutmağa çalışır. Arada bir sərhəddə şou göstərən molla rejimi içimizdəki ağac qurdlarına da az güvənmir. Səbrimizi sınağa çəkən hərəkətlərin daha biri… Tehrandakı səfirliyimizə silahlı basqın… Mariya bacıları da tezcə bunu başqa yerə yozmağa çalışdı. Və bu son deyil… Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dərhal və sərt reaksiyası gözlənilən idi. Məsələ bu reaksiya ilə bitməyəcək. İrandakı molla rejimi qaşınır….”.