TAİB-in İdarə Heyətinin üzvü, İqdır Azərbaycan Evinin rəhbəri Serdar Ünsal: “Azərbaycan səfirliyinə olunan hücum İranın mövqeyini bir daha ortaya qoyur”
TAİB-in İdarə Heyətinin üzvü, İqdır Azərbaycan Evinin rəhbəri Serdar Ünsal:
“Azərbaycan səfirliyinə olunan hücum İranın mövqeyini bir daha ortaya qoyur”
“Tehranda Azərbaycan səfirliyinə qarşı törədilən terror hadisəsi bizi bir daha üzdü. Azərbaycanın Prezidenti İlham Əliyev də hücumu pisləyərək terror aktının araşdırılmasını və terrorçuların cəzalandırılmasını tələb edib. Həmişə olduğu kimi biz yenə də can Azərbaycanın yanındayıq və İranı şiddətlə qınayırıq”.
Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında TAİB-in İH üzvü, İqdır Azərbaycan Evinin rəhbəri Sərdar Ünsal deyib.
İranın son zamanlar Azərbaycana qarşı olan qərəzli mövqeyindən danışan TAİB üzvü bu hadisənin iki ölkə arasındakı münasibətləri daha da gərdiyini söyləyib.
“İran hökuməti bizlərə qarşı həmişə sərt mövqedə olub. Orda yaşayan türklərin hüquqları pozulub, öz ana dillərində danışmağa, yazmağa belə imkan verməyiblər. Bu hadisə də onun davamıdır. Bu hücum İranın mövqeyini bir daha ortaya qoyur. İran hələ də öz ampulasındadır”-deyə Serdar Ünsal vurğulayıb.