Şimali Kiprin Baş naziri Azərbaycan səfirliyində törədilən terror aktını pisləyib
Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel Azərbaycan xalqına baş sağlığı verib.
Agsaqqallar.com xəbər verir ki, Azərbaycan Respublikasının İran İslam Dövlətinin Tehran şəhərində yerləşən səfirliyinə silahlı hücumu qınayan baş nazir Üstel “Azərbaycan səfirliyinə qarşı olan xain hücum ŞKTR xalqı olaraq bizləri dərindən sarsmışdır. Başda Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyev olmaqla, qardaş Azərbaycan xalqının acısını bölüşürük. Həlak olan qardaşımıza və ailəsinə baş sağlığı diləyirik. Hücum nəticəsində yaralanan qardaşlarımıza şəfa diləyirik” deyib.