Qırğızıstan və Özbəkistan arasında MÜHÜM RAZILAŞMA
Qırğızıstan və Özbəkistan dövlət sərhədinin ümumi hissəsinin delimitasiyası prosedurunu başa çatdırıblar.
Agsaqqallar.com TASS-a istinadən xəbər verir ki, bu gün Bişkekdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qırğızıstan Prezidenti Sadır Japarov arasında saziş imzalanıb.
Sazişin imzalanmasını şərh edən Sadır Japarov qeyd edib ki, bu razılaşma ilə sərhəd probleminə son qoyulub. Japarovun sözlərinə görə, bu amil iki ölkə arasında qardaşlıq münasibətlərinin inkişafında əsas rol oynayacaq və Mərkəzi Asiyada sabitlik və təhlükəsizliyə töhfə verəcək.