" />

Azərbaycanın İrandakı səfirliyinə təşkil olunan xain hücumu şiddətlə qınayırıq

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi – TAİB Azərbaycanın İrandakı səfirliyinə təşkil olunan xain hücumu şiddətlə qınayır və bunu alçaqlıq, xəyanət hesab edirik!

Hücum nəticəsində şəhid olan mühafizə xidmətinin rəhbəri Orxan Əskərova Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik!

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR