" />

TAİB Qadınlar Şurasının sədri, tarix elmlər doktoru Güllü Yoloğlu: “TAİB-in Qadınlar Şurasında yeni layihələrin müzakirəsi gedir”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB Qadınlar Şurasının sədri, tarix elmlər doktoru Güllü Yoloğlu: “TAİB-in Qadınlar Şurasında yeni layihələrin müzakirəsi gedir”

“TAİB-in Qadınlar Şurasının ilk konfransında demişdik ki, şura səsini işi ilə, əməli ilə daha uzaqlarda duyuracaq. Biz 2022-ci ildə bunu bacardıq. Əhəmiyyətli tədbir, səfər və görüşlərlə ilə yekun vurduq, 2023-cü ildə də hədəflərimiz böyükdür”.

Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında TAİB-in Qadınlar Şurasının sədri, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Türk xalqlarının etnoqrafiyası” şöbəsinin müdiri, Dünya Türkologiya Mərkəzinin rəhbəri, tarix elmləri doktoru Güllü Yoloğlu deyib.

O, bildirib ki, TAİB-in Qadınlar Şurasının yaxın günlərdə mərkəzi ofisdə iclası keçiriləcək. 2023-cü il üçün nəzərdə tutulan layihə və tədbirlər planına start veriləcək.

“Əsas məqsədimiz TAİB-in Türk dünyası ilə bağlı fəaliyyətinə dəstək olmaq, türk dünyasının tanınmış ziyalı qadınları ilə əlaqələri genişləndirmək, ortaq layihələr həyata keçirməkdir.
Həm də Türk Dövlətləri Təşkilatının işinə öz töhvəmizi verməkdir. Türk xalqlarının fəal qadınları ilə əməkdaşlıq, birgə müxtəlif tədbirlərin keçirilməsi, iqtisadi, siyasi, mədəni həyatında baş verən hadisələrə birgə münasibət bildirmək TAİB-in əsas prioritetlərindən biridir. Hazırda bizə üzv olmaq üçün müraciət edənlərin sayı da yetərincədir. Bu da bizi sevindirir. Demək vətəndaş cəmiyyəti olaraq fəaliyyətimiz düzgün istiqamətdədir. Çünki dövlətin və vətəndaş cəmiyyəti əməkdaşlığının daha da möhkəmlənməsinin cəmiyyətin bir çox sahələrinin də potensialının güclənməsinə, inkişafına əhəmiyyətli dərəcədə təsiri vardır. Və biz də TAİB olaraq çalışırıq ki, dövlətimizə daha yaxından öz dəstəyimizi verək”,-deyə şura sədri vurğulayıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR