TDT-nin Baş katibi Özbəkistan Prezidenti ilə görüşüb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının Baş katibi, səfir Kubanicbek Omuraliyevlə görüş keçirib.

Agsaqqallar.com xəbər verir ki, bu barədə təşkilatın rəsmi səhifəsində məlumat verilib.

Baş katib Özbəkistanın türk dünyasının ümumi mənafeyi istiqamətində atdığı addımları və göstərdiyi xidmətləri yüksək qiymətləndirib.

O, Özbəkistanın TDT-yə sədrliyinin qurumun inkişafına töhfə verdiyinə inamını ifadə edib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən TDT-nin gələcək perpsketivləri barədə danışıblar.

Qeyd edək ki, yanvarın 24-də Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 26-cı iclası keçirilib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR