İƏT-in növbəti sammiti Daşkənddə keçiriləcək

Yazı fontunu küçültür Yazı fontunu büyütür

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) növbəti sammiti bu ilin noyabrında Daşkənddə keçiriləcək.

“Report” “Sputnik-Uzbekistan”a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə İƏT-in Baş katibi Xusrav Nozirinin görüşündə bildirilib.

X.Noziri bildirib ki, təşkilatın katibliyi İƏT çərçivəsində çoxşaxəli əməkdaşlığın qurulması üçün Özbəkistan ilə sıx əməkdaşlıq etməyə hazırdır.

Xatırladaq ki, 2022-ci ildə İƏT-ə Özbəkistan sədrlik edib, 2023-cü ildə isə sədrlik Azərbaycana keçib. İƏT 1985-ci ildə yaradılmış regional dövlətlərarası iqtisadi təşkilatdır. Təşkilata İran, Pakistan, Türkiyə, Qazaxıstan, Azərbaycan, Əfqanıstan, Qırğız Respublikası, Tacikistan, Türkmənistan və Özbəkistan üzvdür.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR