Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi-(TAİB) böyük hədəflər yolundadır- Sədr açıqlama verdi
Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi- (TAİB) böyük hədəflər yolundadır- Sədr açıqlama verdi
“Bildiyiniz kimi 2022-ci il ölkəmiz üçün də, təşkilatımız üçün də uğurlu il oldu. Bütün layihələri, türkdilli ölkələrə səfərləri, daxili tədbir və görüşləri uğurla, nöqsansız yekunlaşdırdıq. Təsisçimiz və İdarə Heyətimizlə birgə qərarlaşdırdığımız bütün işlər rəhbərlik etdiyim təşkilatın fəaliyyət proqramının uğurla bitməsinə səbəb oldu. Vətəndaş cəmiyyətinin inkişafı üçün dövlətin zəruri dəstək proqramlarından bəhrələnərək, daha səmərəli layihələr həyata keçirilməsi üçün lazımi addımları atacağıq”.
Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında TAİB-in sədri, YAP Veteranlar Şurasının üzvü, akademik Sudeif İmamverdiyev deyib.
O, bildirib ki, bu gün QHT-lər yeni dövrün tələblərinə cavab verir. Ağsaqqal institutu da öz dəstək, məsləhət və tövsiyyələrini onlardan əsirgəmir, bütün işlərdə fəal olmağa çalışırlar.
“Türk birliyinin möhkəmləndirilməsi tarixi zərurətdir. Möhtərəm prezidentimiz də bunu prioritet məsələ olaraq gündəmdə saxlayır. Və bu yolda gənclərin də üzərinə böyük məsuliyyət düşür. Gənclərimiz regionda gedən bütün proseslərdə aktivdilər”.
TAİB sədri ümumtürk coğrafiyasında baş verən son hadisələrə də toxunaraq Türk dövlətlərinin qarşısında yeni üfüqlərin açıldığını deyib və bildirib ki, türk birliyinin möhkəmləndirilməsində vətəndaş cəmiyyətinin də rolu böyükdür.
“2023-cü il üçün də böyük layihələrimiz var. Hədəflərimiz böyükdür. Biz ağsaqqallar bütün digər məsələlərdə olduğu kimi, Dövlətimizin Türk birliyi yönündəki siyasətinin də yanındayıq. TAİB-in əsas hədəfi Türk dünyasının, türkdilli dövlətlərin birliyinin möhkəmlənməsinə töhfə vermək, dövlətimizin həyata keçirdiyi siyasətə dəstək olacaq layihələr gerçəkləşdirməkdir”-deyə TAİB sədri vurğulayıb.