" />

TAİB-in İdarə Heyətinin üzvü, akademik Sabir Tağıyev: “Biz bütün dünya ölkələrində yaşayan türkdilli xalqlardan saysız-hesabsız müraciətlər alırıq”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Türk Ağsaqqalları Birliyi-TAİB yeni yaranmağına baxmayaraq türk dünyasının sevimli təşkilatına çevrilə bilib. Biz bütün dünya ölkələrində yaşayan türkdilli xalqlardan saysız-hesabsız müraciətlər alırıq. Bəzi türk təşkilatları ilə artıq əməkdaşlıq müqaviləsi də imzalamışıq”

Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında TAİB-in İH üzvü, akademik, Özbəkistanın Turan Elmlər Akademiyası Azərbaycan filialının rəhbəri Sabir Tağıyev deyib.

O, bildirib ki, təşkilatın əhatə dairəsi böyüdükcə, münasibətlər istiləşir, dostluqlar möhkəmlənir və əbədiləşir.

“Bu da bizə stimul verir və biz daha böyük hədəflərə doğru inamla addımlayırıq. 2023-cü il üçün də hədəflərimiz böyükdür. İllik hesabat yığıncağından sonra layihələrə start veriləcək. Hazırda İdarə Heyəti birliyimizin Gənclər Təşkilatına tövsiyyə və məsləhətlərini, xeyir-duasını verir. Çünki bizim gənclər həqiqətən də fəxr ediləcək gənclərdir. Laçın-Xankəndi yolunda keçirilən dinc aksiyada 44 gün, soyuğa baxmayaraq mətin dayanmaq, 44 günlük Vətən Müharibəsi şəhidlərinə qoyulan ali hörmətin təzahürüdür. Eşq olsun bizim gəncliyə! Qürur duyuruq! Yorulmadan, usanmadan yüksək ruhla, həvəslə çalışmaları bizə stimul verir. Birliyimizin Qadınlar Şurası da gənclərdən geri qalmır. Bax, bu heyətlə, bu kollektivlə dağı dağ üstə qoymaq olar. Ona görə də biz, sədrimiz, hörmətli akademikimiz Sudeif İmamverdiyev və gənc olmasına baxmayaraq əsl ağsaqqal statusu qazanan Ramin Ahmedovun rəhbərliyi altında daha böyük uğurlara imza atacağıq”-, deyə TAİB üzvü vurğulayıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR