" />

TAİB-in GT sədri Sübhan Xıdırzadə: “TAİB-in Gənclər Təşkilatı yeni layihələrə start verir”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB-in GT sədri Sübhan Xıdırzadə: “TAİB-in Gənclər Təşkilatı yeni layihələrə start verir”

“Biz TAİB-in Gənclər Təşkilatı olaraq 2022-ci ili əhəmiyyətli layihələrlə çox məhsuldar başa vurduq. Qardaş təşkilat olan Ədəbi Birlik Gənclər İctimai Birliyinin də bizə qoşulması potensialımızı daha da artırdı”.

Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında TAİB Gənclər Təşkilatının sədri, ictimai fəal, Vikipediya təlimçisi Sübhan Xıdırzadə deyib.

Ötən ilki uğurlarından, gördükləri işlərdən həvəslə danışan S. Xıdırzadə bildirib ki, təmsil etdiyi təşkilatın İdarə Heyəti müdrik insanların platforması olaraq, gənclərə də mayakdır.

“Biz gənclər ağsaqqallarla məsləhətləşir, xeyir-dua alaraq yolumuza davam edirik. 2023-cü il bizim üçün də, Türkiyə üçün də böyük, əhəmiyyətli bir ildir. 2023-cü il Azərbaycanda “Heydər Əliyev ili” elan olunub. Qardaş Türkiyənin də Cümhuriyyətinin yüzüncü ildönümüdür. Layihələrimiz də bu yöndədir. Ümummilli liderimizin gəncliyə verdiyi önəmdən, Türkiyə ilə qardaşlıq əlaqələrinin möhkəmlənməsindəki rolundan bəhs edən tədbirlər planımız var. Biz bunları Türkiyə və türkdilli ölkələrin gənclərilə birgə, mərhələli şəkildə həyata keçirəcəyik. Əbədi Birlik Gənclər İB bizimlədir. Təşkilatın sədri, ictimai fəal Şahin Əliyevlə birgə müzakirə etdik bütün layihələri. Gördüyümüz hər iş Vətən üçündür!”- deyə GT sədri vurğulayıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR