" />

Ramin Əhmədov: “20 Yanvar faciəsindən min illər keçsə belə, xalqımızın yaddaşından silinməyəcək”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Ramin Əhmədov: “20 Yanvar faciəsindən min illər keçsə belə, xalqımızın yaddaşından silinməyəcək”

“20 Yanvar elə bir tarixdir ki, bu təkcə azərbaycanlılara qarşı deyil, ümumən türk xalqına olan vəhşətdir. Nəhəng sovet imperiyası 1987-ci ildən ermənilərin başladığı çirkin, təcavüzçü siyasətə dəstək verməklə, xalqımızın azadlıq ruhunu güc yolu ilə boğa bilmədi. Sonrakı hadisələr xalqımızın iradəsini göstərməklə sübut etdi ki, bu xalq mətin xalqdır. Vətənin çətin anında birlik, həmrəylik nümayiş etdirərək böyük bir imperiyanın belə planlarını puça çıxara bilir”.

Bu sözləri TAİB-in təsisçisi, Türk Dünyası Ağsaqqalları Qəzetinin baş redaktoru Ramin Əhmədov Agsaqqallar.com saytına açıqlamasında deyib.

R.Əhmədov onu da qeyd edib ki, müstəqillik uğrunda mübarizə aparanlar arasında onun doğma dayısı, Azərbaycanın ilk şəhidi Mikayıl Babayev də olub.

“O zaman gənclər hərəkatının fəallarından olan Mikayıl Babayev rus ordusunun əsgərləri tərəfindən meydanda vəhşicəsinə döyülərək şəhadətə yüksəlib.
Ermənilərin torpaq iddiaları, müstəqillik istəyimiz qanlı yanvar tarixini yaratdı. İmperiyanın 20 yanvar cinayətlərinə qarşı xalqın ilk etirazı məhz ümummilli lider Heydər Əliyev tərəfindən beynəlxalq aləmin diqqətinə çatdırıldı. Və dünya ictimaiyyətinin diqqəti bu dəhşətli hadisələrə yönəldi. O zaman bunu etmək özü çox böyük risk idi. Ümumilli lider bütün siyasi təzyiqlərə baxmayaraq bunu edə bildi. 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul edildi. Heydər Əliyev hakimiyyətə qayıtdı. Və ilk işi Şəhidlər Xiyabanını ziyarət etmək oldu. Bu dahi şəxsiyyətin sərəncamı ilə 20 Yanvar ümumxalq hüzn günü elan olundu”-deyə baş redaktor bildirib.

Söhbət əsnasında 44 günlük Vətən Müharibəsində qazandığımız zəfərdən fəxrlə danışan R. Əhmədov Qarabağın dirçəlişindən, region üçün strateji əhəmiyyət daşıyan Zəngəzur dəhlizinin reallığa çevrilməsindən də söz açıb: “Zəngəzur dəhlizinin açılmasının çox böyük, tarixi əhəmiyyəti var. Həm avtomobil yolu, həm də Naxçıvanla birləşən köhnə dəmir yolunun bərpası Azərbaycan iqtisadiyyatının artmasına da səbəb olacaq, eyni zamanda, 1987-ci ildən Ermənistandakı tarixi, qədim torpaqlarından, yurd-yuvalarından qaçqın düşən qərbi azərbaycanlıların da qayıdışına stimul verəcəkdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Zəngəzur dəhlizinin açılması ilə bağlı çıxışında bəyan etdi ki, Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir…Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır!”
“Bəli, biz böyük qayıdışa hazırıq! 30 il sonra Qarabağa qayıtdığımız kimi, o yurdlara da qayıdacağıq! Bu qayıdışda şəhidlərimizin, qazilərimizin də payı böyükdür!
20 Yanvar faciəsindən min illər keçsə belə, xalqımızın yaddaşından silinməyəcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR