" />

TAİB-in sədr müavini Şərafət Şəfa : “Gənclərimiz tarixi həqiqətləri bilməli və gələcək nəsillərə ötürməlidirlər”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB-in sədr müavini Şərafət Şəfa: “Gənclərimiz tarixi həqiqətləri bilməli və gələcək nəsillərə ötürməlidirlər”

“1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar siyasətindən doğan faciə idi.
Bakının küçələrinə və meydanlarına çıxaraq müstəqilliyini, haqqını tələb edən, öz suverenliyini əldə etmək üçün ayağa qalxan yalın əlli xalqın üstünə tanklarla şütümək, qətliam törətmək vandallıq nümunəsidir”.

Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında TAİB-in ictimaiyyətlə əlaqələr üzrə sədr müavini, “Türk Dünyası Ağsaqqalları” qəzetinin baş redaktor müavini Şərafət Şəfa deyib.

1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə baş verən hadisələrdən bəhs edən təşkilatın sədr müavini bildirib ki, xalq kütləsinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi rus imperiyasının insanlıq tarixinə vurduğu qara ləkə olmaqla yanaşı, Azərbaycan xalqının da mətinlik, qəhrəmanlıq, həmrəylik dastanı idi.

“Biz də o zaman gənc idik. Tələbəlik illərimiz qanlı-qadalı keçdi. Bütün hadisələrin canlı şahidi olduq. İndiki gənclərimiz də tarixi həqiqətləri bilməli, başımıza gətirilən müsibətləri unutmamalıdırlar. Tariximizin araşdırılması, öyrənilməsi vacib məsələdir. Bu gənclərlə yanaşı, hər birimizin boynuna düşən vəzifədir. 1990-cı ilin 20 Yanvar faciəsi də gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır.
Gənclərimiz tarixi həqiqətləri bilməli və gələcək nəsillərə ötürməlidirlər. Müstəqilliyə gedən yolun ağrılı səhifəsi-qan yaddaşımız olmaqla yanaşı, Azərbaycan xalqının iradəsini tarixə həkk edən unikal səhifəsidir”– deyə TAİB rəsmisi vurğulayıb..

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR