Qazaxıstan parlamentinin Aşağı Palatası buraxılıb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkə parlamentinin Aşağı Palatasının buraxılmasına dair sərəncam imzalayıb.

Agsaqqallar.com “Report” a istinadən xəbər verir ki, sərəncama əsasən, Aşağı Palataya növbədənkənar seçkilər martın 19-na təyin olunub.

Məlumata görə, seçkilər 2025-ci ildə keçirilməli idi. Ancaq Qazaxıstan Konstitusiyasında 2022-ci ildə edilən dəyişikliyi əsas götürən Tokayev növbədənkənar seçkilərin keçirilməsi təklifi ilə çıxış etmişdi.

Qeyd edək ki, o, yanvarın 19-da Aşağı Palatanın sədri və Baş nazirlə məclisin buraxılmasına dair məsləhətləşmə də aparıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR